Sosial

Bərdədə yanğın: bir sahibkara 300 min manat zərər dəyib

Nigar Səmədli
26 May, 2021
1594

Trend

“Yanğın zamanı mənə 20 min, dostuma isə 300 min manatlıq zərər dəyib”.

Bunu “Toplum TV”-yə Bərdədəki yanğın zamanı mağazası yanan Aqil Mehdiyev deyib. 

Mayın 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112 Qaynar xətti"nə Bərdənin Güloğlular kəndində, - "Təzə Bazar" ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. 

"Daha sonra yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub", FHN-nin məlumatında belə deyilir. 

Bildirilir ki, yanğın zamanı ümumilikdə 101 mağazaya ziyan dəyib, mağazalardan 80-i tamamilə, digər 13-ü isə qismən yanıb.

Zərəçəkmiş Aqil Mehdiyev deyir ki, bazarın 4-cü sırasındakı mağazadan başlayan yanğın onun və ətrafdakı mağazaların mallarını tamamilə yandırıb: “Kişi geyimləri satdığımız mağazada xeyli malımız vardı, hamısı yanaraq kül olub. Yanğın nəticəsində mənə təxminən 20 min manat ziyan dəyib. Yan mağazadakı dostum isə 5 mağaza icarəyə götürmüşdü və ona da 300 min manatlıq zərər dəyib. Siğortamız olmadığına görə istərdik ki, mağazalara dəyən ziyan dövlət tərəfindən qarşılansın”.

Hadisə ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya deyib ki, bu məsələ onun səlahiyyətində deyil: “Mən bu işlərə baxmıram. Heç kim zənglərə cavab vermir deyə hamı məndən soruşur. Mən telefona etika xətrinə cavab verirəm, amma bu məsələ mənim səlahiyyətimdə deyil. Digər müavinlərə zəng vurun”.

Digər müavinlərlə isə əlaqə saxlamaq mümkün olmayıb.

Yanğına görə dövlət yardımı mümkündürmü?

 2019-cu il martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. 

Daha sonra müvafiq qurumlar lazımi prosedurları həyata keçirib və zərər görən sahibkarlara dövlət tərəfindən maddi yardım edilib.

Sərəncama əsasən, mağaza, anbar icarəyə götürmüş və zərər çəkmiş sahibkara 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş və zərər çəkmiş sahibkara isə 2000 manat vəsait ödənilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo