Açıq mənbələrdən götürülüb
Ölkə başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərdən sonra beş və daha çox uşaq dünyaya gətirən analar beş il daha tez pensiyaya çıxa biləcəklər.
Bu, uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara da şamil ediləcək.
Cəmi 960 nəfər
Qanunla artıq təkbaşına beş övlad və ya sağlamlıq imkanları məhdud uşaq böyüdən ataların da tez təqaüdə çıxması mümkün olacaq.
Bu qanun ana vəfat etdikdə, nikaha xitam verildikdə, ana valideynlik hüququndan məhrum edildikdə növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək uşaq böyüdən atalara aid ediləcək.
Rəsmi məlumatlara görə, bu dəyişiklik pensiyaçıların sayında cəmi ildə 960 nəfərlik artıma səbəb olacaq.
Sözügedən güzəşti qazanmaq üçün vətəndaşların hər hansı quruma müraciət etməsi lazım gəlmir.
Deputat Vüqar Bayramov Facebook hesabında yazır ki, dəyişikliklər pensiyanı daha çox adam üçün əlçatan edir. İqtisadçı Fərid Mehralızadə isə deyir ki, pensiya hələ də çoxları üçün əlçatmaz olaraq qalır.
Ömür vəfa etsə...
Fərid Mehralızadə dəyişikliklərin ölkədəki pensiya siyasətindəki problemləri həll etmədiyini düşünür. Ekspert deyir ki, dəyişikliklərin hər biri ən yaxşı halda bir neçə min insanın vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxara bilər.
“Amma Azərbaycanın pensiya sistemində ciddi problemlər qalmaqdadır. Ən böyüyü yaşla bağldır. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63-dür. Bir neçə ildən sonra qadınların da pensiya yaşı 65-ə çatdırılacaq. Amma rəsmi rəqəmlərə görə, ölkədə vəfat edən hər iki nəfərdən biri 65 yaşa çatmır. Eyni zamanda, qadınların 30%-i pensiya yaşına çata bilmir. Yəni, pensiya yaşı insanların ömrünə adekvat deyil. Bu azaldıldığı halda yüz minlərlə insana fayda verməsindən danışmaq olardı”.
Əhali yaşlanır, pensiyaçılarsa artmır
Mehralızadə digər çətinliyin pensiya təminatı ilə bağlı olduğundan danışır, bu yaşa çatan vətəndaşların pensiya alıb-almayacağının dəqiq olmadığını bildirir. Pensiya sisteminin cəlbedici olmamasının insanların rahatlıqla qeyri-rəsmi işlərdə çalışmağa sövq edir:
“Çünki onlar üçün gələcəkdə pensiya alıb-almamaq qeyri müəyyəndir. Azərbaycanda son 10 ildə yaşa görə pensiya alanların sayı 100 min nəfərdən çox azalıb. Baxırıq ki, 60-70 yaşlı ümumi əhali içərisindəki payı artıb. Bir tərəfdən bizim əhali getdikcə yaşlanır, digər tərəfdən pensiya alanların sayı azalır. Niyə? Çünki pensiya sistemi çətinləşib, hər kəs bundan yararlana bilmir. Ona görə də bu dəyişikliklərin əsaslı nəticə yaradacağını düşünmürəm”.
Prezident ümumilikdə, 11 maddə üzrə 50-dək əlavə və dəyişikliyi təsdiq edib. Dəyişikliklər arasında pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmək, əmək şəraiti xüsusilə zərərli və ağır olan şəxslərə güzəştlərin tətbiq edilməsi və s. nəzərdə tutulub.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir