Açıq mənbələrdən götürülüb
"Bəxt üzüyü" filmindəki Sevda rolu ilə tanınan müğənni Firəngiz Rəhimbəyli vəfat edib.
Bu barədə onun yaxınların məlumat verib.
Bildirilir ki, müğənni ürəktutmasından vəfat edib.
Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub.
https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir
80-ci illərin sonunda o, Azərbaycan müasir estradasının yaradıcılarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyliyə ən böyük uğuru "Bəxt üzüyü" filmindəki Sevda rolu gətirib.
Rəhimbəyli 1993-cü ildə Los-Anceles şəhərinə köçüb. 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olurdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür