Sosial

Bəxtiyar Hacıyev: “Hakimiyyətin başında oturan şəxsin siyasi iradəsi yoxdursa..."

Şahbala Şahbaladov
1 May, 2021
2520

Meydan TV

“Hakimiyyətin başında oturan şəxsin özünün korrupsiya ilə mübarizədə marağı yoxdursa, istənilən qədər fəaliyyət planı, dövlət proqramı qəbul etmək, bir çox mexanizmləri işə salmaq olar, amma siyasi iradəsi olmasa, bir qrup kadrın digər qrup kadrla əvəz olunması heç nəyi dəyişməyəcək”.

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev son zamanlar korrupsiya ilə bağlı həbsləri və yeni kadrların vəzifəyə təyin olunmasını “Toplum TV”-yə şərh edərkən belə deyib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun, müavinlərinin, həmçinin rayonun vəzifəli şəxslərinin həbsi korrupsiya mövzusunu yendən gündəmə gətirib.

Bundan əlavə, Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev, Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva barəsində cinayət işi açılıb. Onlar mənimsəmə, vəzifədən sui-istifadə etmə, külli miqdarda rüşvət alma və başqa maddələr ilə məsuliyyətə cəlb ediliblər.

Bəxtiyar Hacıyev: “Bir qrup kadrın digər qrupla əvəz olunması heç nəyi dəyişməyəcək”

Bəxtiyar Hacıyev deyir ki, bu həbslərdə məqsəd korrupsiya ilə mübarizə deyil: "Onların həbslərinin müxtəlif siyasi, iqtisadi maraqlar çərçivəsində səbəbələri olub, sadəcə, korrupsiya ittihamı ilə rəsmiləşdirilib. Əgər korrupsiya ilə mübarizə hakimiyyətin əsas məqsədi olsaydı, sosial şəbəkələrdə araşdırmaçı jurnalistlərin, blogerlərin, beynəlxalq mətbuatda çıxmış, dünyanın müxtəlif ölkələrində Azərbaycandakı korrupsiya halları ilə başlamış məhkəmələrdə, xarici KİV-də, beynəlxalq təşkilatlar tərəfindən yayılmış hesabatlarda adları keçən, bu gün yüksək vəzifələrdə oturan məmurların milyardlıq korrupsiya faktları araşdırılardı, tədbir görülərdi”.

Toğrul Maşallı: “İdarəçilər dəyişsə də, şəffaflıq artmır”

Toğrul Maşallı- Açıq mənbələrdən götürülüb


İqtisadçı Toğrul Maşallı isə korrupsiya hallarının artmasının səbəbini xərclərlə bağlı sistemin şəffaf olmamasında görür: “Bütün bu hallar dövlət xərcləri ilə bağlıdır. Bizdə isə xərclərlə bağlı olan sistem qeyri-şəffafdır. Nəticə etibarilə, bu, korrupsiya və ya xərclərin qeyri-effektiv yönəlməsi üçün şərait yaradır. Əgər şəffaflıq üçün münbit bir şərait yaradılsa, belə halların sayı kifayət qədər azalacaq. İndiki bazar iqtisadiyyatı şəraitində korrupsiyanın qarşısını tamamən almaq mümkün deyil. Onun üçün imkanları maksimum azaltmaq lazımdır. İmkanların azaldılmasının isə ilk şərtlərindən biri şəffaflıqdır. Təəssüflər olsun ki, illər keçsə də, idarəçilər dəyişsə də, şəffaflıq artmır. Şəraiti dəyişmək lazımdır ki, korrupsiyanın qarşısını heç olmasa qismən ala bilək və azalda bilmək mümkün olsun”.

Elman Nəsirov: “Cənab Prezidentin bütün fəaliyyəti onlar üçün nümunədir”

Elman Nəsirov- Meydan TV



Milli Məclisin deputatı Elman Nəsirov isə hesab edir ki, bu həbslər korrupsiya hallarının artmasının göstəricisi ola bilməz: “Ölkə başçısı İlham Əliyev 2018-ci il aprel ayının 11-də prezident seçildikdən sonra aprelin 18-də parlamentdə keçirilən andiçmə mərasimi zamanı vurğuladı ki, ölkədə irimiqyaslı, nəhəng islahatlar keçiriləcək və bu islahatlar bütün sahələri əhatə edəcək. Elə bir sahə yoxdur ki, ona toxunulmasın. Eyni zamanda, kadr islahatları da aparılacaq. Bildirdi ki, dövlətinə ləyaqətlə xidmət etməyən kadrlar mütləq cəzalandırılacaqlar. Prezident həmçinin qeyd etdi ki, özü xalqın bir nömrəli xidmətcisidir. Ölkə başçısı icra başçılarını vəzifələrə təyin edərkən tapşırır ki, xalqın içində olsunlar, insanların qayğıları ilə maraqlansınlar, onların problemlərini həll etsinlər. Belə olacağı təqdirdə onları mükafatın, daha yüksək vəzifələrin gözlədiyini, əksi olacağı təqdirdə isə çox ciddi cəzalandırılacaqlarını bildirir”.

Deputat deyir ki, korrupsionerlərin yolu mütləq həbsxanadan keçəcək: “Artıq 8 icra başçısı həbs edilib, görünür ki, özündən əvvəlki icra başçılarının həbsi bəzi icra başçılarına hələ də dərs olmayıb. Bundan sonra da kimlərsə eyni yolu seçərsə, rüşvət alarsa, korrupsiya yolunu seçərsə, eyni aqibəti yaşayacaq. Bu cənab prezidentin onlara bəyan etdiyi gün kimi aydın bir həqiqətdir. Ona görə də bu gün ölkəmizdə korrupsiyaya qarşı sözün həqiqi mənas

ında böyük bir müharibə elan edilib. Korrupsionerlər öz layiqli cəzalarını alıb, bu yolda fəaliyyət göstərənlər də cəzalarını alacaqlar”.

Elman Nəsirov qeyd edib ki, yeni vəzifəyə təyin olunan gənc kadrlar tamamilə fərqli siyasət həyata keçirirlər.

O düşünür ki, bundan sonra belə hallar yaşanmayacaq: “Onlar cənab prezidentin tapşırıqlarını yerinə yetirirlər, insanların içindədirlər, onların problemlərini dinləyirlər. Yeni təyin olunmuş icra başçıları ilə bağlı qətiyyən belə fikirlər və yanaşmalar yoxdur. Mən demirəm ki, köhnə kadrları ittiham etmək lazımdır. Hər kəsin ancaq cinayət əməli sübuta yetirildiyindən sonra onunla bağlı cəza tədbiri həyata keçirilir. Bu həbslər bütün digər icra başçılarına və mərkəzi icra hakimiyyəti rəhbərlərinə böyük bir dərs olmalıdır, onlar bundan dərs çıxardmalıdırlar. Cənab prezidentin bütün fəaliyyəti onlar üçün bir nümunədir. Xalqa ləyaqətlə xidmət etməlidirlər”.

Aprelin 28-də Səbail Rayon Məhkəməsi Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçib. Bir gün əvvəl onun vəzifəsindən çıxarılması haqda sərəncam imzalanıb.

Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrından həbs olunana qədər Şəmkirin icra başçısı vəzifəsində çalışıb. Bundan əvvəl isə o, vergi orqanlarında müxtəlif vəzifələrdə işləyib.

Alimpaşa Məmmədovla yanaşı, onun birinci müavini olmuş Vurğun Əkbərov, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev və bir sıra başqa vəzifəlilərin də cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

İcra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Yevlax və Ağstafada başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad rayonlarında davam edib.

Həbs olunan keçmiş icra başçılarından əksəriyyətinin işi üzrə istintaq yekunlaşıb.Onların işlərinə Gəncə, Şəki və Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...
Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 

Seçilmiş Videolar

Toplum TV loqo