“Bir ailə şam yeməyini 5 ulduzlu oteldə yeyirsə, fitrə pulunu da ona uyğun verməlidir”
açıq mənbədən götürülüb
Ramazan ayının son günlərini yaşayırıq, bayrama sayılı günlər qalıb. Bu bayramda hər bir ailə evdəkilərin sayına uyğun olaraq fitrə zəkatı çıxarmalıdır.
Bəs görəsən fitrə kimə və nə qədər verilməlidir?
Bununla bağlı şəhərdə kiçik bir sorğu keçirdik. İradə Mirzəyevanın fikrincə, fitrə imkansız ailələrə, hətta maddi durumu çətin olan tələbələrə belə verilə bilər. Onun sözlərinə görə, fitrənin məbləği isə onu verən ailənin maddi imkanına bağlıdır.
Murad adlı gənc deyir ki, fitrə çıxararkən adambaşına üç kilo düyünün qiyməti götürülməlidir.
Kəmalə Bayramova fitrəni xəstə və tək yaşayan xalasına verdiyini söyləyir.
“Ümumilikdə isə kasıb ailələrə, yoldaşı olmayan körpə uşaqlı analara verilməlidir”, - deyə o əlavə edir.
Asudə Babayeva da fitrə pulunun başqasına yardım etməyə gücü çatmayanlara verilməli olduğunu deyir.
Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının adambaşına 10-15 manat olmasını tövsiyə edir.
"Fitrəni hər kəsmi verməlidir yoxsa ancaq oruc tutanlar?"
“Bunu kim müəyyənləşdirib, nəyə əsaslanaraq qəbul edilib, bəlli deyil”.
İlahiyyatçı Elşad Miri QMİ-nin fitrə zəkatının 10-15 manat müəyyənləşdirməsinə münasibət bildirərkən belə deyir.
“Əvvəllər fitrə buğdanın, arpanın çəkisi ilə müəyyənləşirdi. Amma indi bu düzgün yanaşma deyil. Aparıb onu kiməsə versək bununla bayram keçirə biləcəkmi? Məsələyə bir az geniş baxılmalıdır. Hətta deyirlər ki, gün ərzində yeyilən iki yeməyin pulunu vermək lazımdır. Niyə? Sən iki dəfəmi yemək yeyirsən gün ərzində? Üç dəfə yediyini nəzərə alsan nə dəyişəcək?”
Elşad Miri deyir ki, fitrə zəkatı bir ailənin ortalama qidalanmasına uyğun hesablanmalıdır.
“Bir ailə şam yeməyini 5 ulduzlu oteldə yeyirsə, deməli, fitrə pulunu da ona uyğun verməlidir. Başqası isə imkanı nəyə çatırsa ona uyğun çıxaracaq. Bu məsələdə insan vicdanı ilə fikirləşməlidir ki, mənim verdiyim pulla həmin insan bayramı keçirə biləcəkmi?”
İlahiyyatçı bəzi məqamlara da aydınlıq gətirir.
“Bəzən də soruşurlar ki, fitrə pulu uşağa, maşına yoxsa evə görə verilməlidir? Belə bir anlayış yoxdur… Ya da soruşanlar tapılır: “Hamilə qadının bətnindəki uşağa da fitrə çıxarılmalıdır?” Yox, əslində, belə bir fikir yoxdur. Amma imkanın varsa daha çox fitrə çıxara bilərsən. Bəzən də “Bəqərə” surəsini əsas gətirərək fitrəni yalnız oruc tutanlara vermək lazım olduğunu söyləyirlər. Amma bu bir yardımlaşmadır. İslamda sözügedən bayram ənənəsi faktiki olaraq, insanların birgə olmasını, paylaşmasını, bölüşməsini istəyir.”.
Fitrə pulu Ramazan ayının sonuncu günündə çıxarılmalıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür