Sosial

“Birinci vitse-prezident Fransanın "Şərəf Legionu" ordenindən imtina etməlidir”

Roza Məmmədova
14 May, 2021
235

Sosial media

Fransa prezidenti Emmanuel Makron Ermənistana sosial media üzərindən dəstək verərək Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisini işğal etdiyini yazıb.

“Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm - Fransa sizinlədir və belə də qalacaq",- deyə Fransa prezidenti qeyd edib.

Fransa 1997-ci ildən etibarən ATƏT-in Minsk Qrupunda Həmsədrlər qismində təmsil olunan 3 ölkədən biridir.

Fransa prezidenti əvvəlki çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həll tapacağına inandığını, həmsədr kimi öz öhdəliyinə sadiq qalacağını bildirsə də, bu mövzuda Ermənistana açıq dəstək verməsi Fransanın Minsk Qrupundakı gələcək fəaliyyətinin mübahisələndirilməsinə səbəb olub.

Yadigar Sadıqlı- Sosial media

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlının fikrincə, Fransa birtərəf mövqedən çıxış etdiyi üçün Minsk Qrupunun həmsədri ola bilməz:

“Bu ölkə əsrin 1/4-i qədər ATƏT-in Minsk Qrupunun həmsədri oldu, işğal olunmuş o boyda ərazilərimizlə bağlı bir dəfə qəti mövqe ortaya qoymadı. Özü də şübhəsiz bizim olan ərazilərimiz idi. İndi Azərbaycanla Ermənistan arasında sərhəd mübahisəsi zamanı Makron Parisdən müəyyən edib ki, həmin ərazi Ermənistana məxsusdur və Azərbaycan işğal edir. Erməni dilində status yazıb. Bu qədər birtərəfli və bambılı mövqeyi olan ölkə həmsədr ola bilməz”.

“Azərbaycan Fransaya qarşı çox ciddi mövqe ortaya qoymalıdır”,-ictimai-siyasi fəal Bəxtiyar Hacıyev belə düşünür.

Onun sözlərinə görə, prezident Makronun açıqlamalarıyla, həmçinin Fransa Senatının qondarma rejimi müstəqil dövlət kimi tanımaq üçün keçirdiyi səsverməylə bu dövlət müharibənin ən qaynar vaxtlarında belə Ermənistanı dəstəkləyib:

“Həmin vaxtlar bəzi Fransa rəsmiləri və Bakıda hökumətdəki havadarları deyirdilər ki, Senatın səsverməsi əhəmiyyətsizdir, qanunverici orqandır, əsas Fransa prezidentinin mövqeyidir. Sonra Fransa Xarici İşlər Naziri ard-arda Ermənistana dəstək bəyanatları səsləndirdi. Nəhayət, dünən Fransa prezidenti erməni dilində erməniləri dəstəkləyən, Azərbaycanı isə işğalçı adlandıran post yazdı.

 Bir ölkənin Senatı, Xarici İşlər Nazirliyi və nəhayət, prezidenti ard-arda Ermənistanla bağlı belə açıq, qərəzli mövqe ortaya qoyursa, bunun cavabı “Feysbuk”da "haha-hihi, arvadı qocadır, çirkindir" olmamalıdır”.

B.Hacıyevin fikrincə, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr olmasına etiraz etməlidir.

“Bu qədər açıq qərəz nümayiş etdirən ölkə həmsədr ola bilməz. 

- Fransadakı səfirimiz məsləhətləşmələr üçün Bakıya çağırılmalıdır. 

- Fransanın Azərbaycandakı səfiri XİN-ə çağrılmalıdır. Ona Azərbaycanın mövqeyi və Makronun bəyanatına ən sərt cavab çatdırılmalıdır. 

- Ölkənin birinci vitse-prezidenti Fransanın verdiyi "Şərəf Legionu" ordenindən imtina etməlidir”,-deyə ictimai-siyasi fəal qeyd edib.

Tofiq Yaqublu-Sosial media

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu isə məsələyə belə münasibət bildirib:

“Qarabağ münaqişəsi ilə məşğul olan ilkin beynəlxalq qrupa Azərbayan və Ermənistandan başqa, Türkiyə və Rusiya daxil idi. Bu qrup hələ 1993-cü ildə Ermənistan qoşunlarının işğal etdiyi Kəlbəcər rayonundan çıxarılmasını razılaşdırmışdı və Ermənistan da bunu qəbul etmişdi. Ardınca Heydər Əliyevin dəstəklədiyi iyun qiyamının yaratdığı ölkədaxili xaosdan istifadə edən Ermənistan öz qoşunlarını geri çəkmədi”.

Açıqlamalar müəliflərin “Feysbuk” hesablarından götürülüb.

Sosial

Koronavirus statistikası: Azərbaycan

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 20-də verilən məlumata görə, “COVID-19”dan 1 nəfər vəfat edib. Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxub, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, ötən müddət ərzində isə ümumilikdə 3 675 862 test aparılıb.
Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Seçilmiş Videolar