Sosial Media
Bloger Rəşad Ramazanov növbəti dəfə hakim önünə çıxarılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan R.Ramazanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun icraatındadır.
Məhkəmənin baxış iclası sabah saat 16:30-a təyin edilib.
https://toplum.tv/mehkeme/mtn-cilere-hokm-oxundu-rutbeleriyle-bagli-qerar-cixarildi
Blogerin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəşad Ramazanov indiyədək siyasi baxışlarına görə iki dəfə həbsdə olub.
R.Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Yerli hüquq müdafiə təşkilatları onun həbsinin əsl səbəbini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə əlaqələndiriblər və onu siyasi məhbus kimi tanıyıblar.
O, həbsindən əvvəl həm də dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb.
Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" Rəşad Ramazanovu “vicdan məhbusu” kimi tanıyıb.
2019-cu ilin martında R.Ramazanov 7 il həbs həyatı yaşadıqdan sonra əfv fərmanı ilə azadlığa buraxılıb.
Azadlığa çıxdıqdan sonra bir müddət Gürcüstanda məskunlaşıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür