Sosial

Bloggerin aksiyasında səhnəni kəmərlə vuran şəxs həbs edildi

18 Aprel, 2022
114

açıq mənbədən götürülüb

Dünən, aprelin 17-də paytaxtın Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində keçirilən aksiya zamanı səhnədə insanları kəmərlə vurduğu deyilən şəxs həbs edilib.

Bu barədə aprelin 18-də Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur: “Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub”.

DİN bildirir ki, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək

Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.
Sosial

Zaqatalada ana və uşaq ölümünün səbəbi: “Dedilər ki, onun adamı var. Bəs mən adam deyiləm, uşağımı öldürürsünüz?”

Aytac Məmmədli
20 May 2022

açıq mənbədən götürülüb

“Dedilər ki, onun adamı var. Bəs mən adam deyiləm, uşağımı öldürürsünüz?” TƏBİB: “Xəstəxana nəzarətimiz altındadır” Zaqatala rayon Mərkəzi Xəstəxanasından növbəti dəfə ana və uşaq ölümü xəbərləri gəlir. Rəsmi açıqlamaya görə, mayın 9-da rayon sakini 23 yaşlı Fatimət Mustafayeva xəstəxanada doğuşdan sonra vəfat edib. Nərmin Mehdiyevanın isə dünyaya gətirdiyi uşaq 5 dəqiqə sonra ürək dayanmasından ölüb. Zaqatala Rayon Mərkəzi Xəstəxanası - sosial media “Toplum TV” hər iki ailə ilə əlaqə saxlayıb. F. Mustafayevanın əri Fəqan Mustafayev arvadının bağırsaq xərçəngi olduğunu və bu səbəbdən öldüyünü açıqlayıb. Nərmin Mehdiyeva isə deyir ki, hamiləlik zamanı koronavirusa yoluxması və mənfi rezus faktoru uşağın xəstə doğulmasına...

Seçilmiş Videolar

Toplum TV loqo