Rəsmi səhifə
Rusiya Ukrayna limanlarını mühasirəyə alaraq taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracına imkan verməməklə və bunun nəticəsində dünyanın müxtəlif yerlərində aclıq təhlükəsi yaratmaqla hərbi cinayət işlədir.
Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
“Siz aclıq təhlükəsindən müharibə aləti kimi istifadə edə bilməzsiniz. Dünyanın müxtəlif ölkələrində insanlar aclıqdan əziyyət çəkdiyi zaman milyon tonlarla buğda Ukraynadan çıxarıla bilmir. Bu, gerçək hərbi cinayətdir. Mən bunun davam edəcəyini təsəvvür edə bilmirəm”, - deyə Borrel AB-nin xarici işlər nazirlərinin iclası qarşısında söyləyib.
https://toplum.tv/dunya/ukraynada-rus-mahnilari-ve-kitablari-qadagan-olunub
“New York Times” qəzeti bu fikirləri Rusiyanın Ukrayna müharibəsi haqqında Qərb nümayəndələrinin səsləndirdikləri arasında ən kəskin çıxşlardan biri adlandırıb. Rusiya Ukrayna taxılının ixracının dayanmasına görə öz məsuliyyətini inkar edir.
Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Afrika İttifaqının liderlərinə müraciətində məhz Rusiyanın Ukraynaya təcavüzünün ərzaq defisiti yaratdığıını söyləyib. “Əgər Rusiya Ukraynaya qarşı müharibəyə başlamasa idi, ərzaq bazarında defisit olmayacaqdı”.
Ekspertlər hesab edirlər ki, Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının ixracının pozulması dünyada ərzaq məhsulları qiymətinin artmasının səbəblərindən biridir. BMT bəzi ölkələrdə, xüsusən də Ukrayna taxılının idxalından xeyli asılı olan Afrika ölkələrində aclıq təhlükəsi barədə xəbərdarlıq edir.
Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?