GEO
Həcc ziyarətinin keçirilməsilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləməsi barədə deyilənlər həqiqətdən uzaqdır.
Bu barədə martın 4-də QMİ-dən məlumat verilib.
“Hələlik Həcc ziyarətinə hər hansı hazırlıqdan söhbət gedə bilməz. Səbəb də budur ki, bütün dünya ölkələri kimi Həcc ziyarətinin məkanı olan Səudiyyə Ərəbistanın da sərhədləri bağlıdır. Bu hal aradan qaldırılmayana kimi Həcc ziyarətinin təşkili barədə danışmaq əsassız görünür”, - mənbə bildirib.
2020-ci ildə pandemiya səbəbindən Həcc ziyarəti baş tutmamışdı. Sadəcə, Səudiyyə Ərəbistanı vətəndaşı olan bir neçə yüz nəfər iştirak etmişdi.
2019-cu ildə isə 3 mln. nəfər Həcc ziyarətinə gedib ("Turan").
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?