Sosial

“Bu, onun sonuncu etirazı idi”

Roza Məmmədova
10 May, 2022
1773

açıq mənbədən götürülüb

“Yasda anası danışırdı ki, bir gün əvvəl köynək üstündə mübahisə düşüb. Fərqli köynək geymək istəyən uşaq valideynlərinə itaətsizlik göstərib, atası da onu döymüşdü. Sonrakı gün kimsə evdə olmayanda o da intihar etmişdi”.

İlknur Bağırova (ad şərti) illər əvvəl qonşuluqda intihar etmiş 7-ci sinif şagirdi haqqında danışarkən belə deyir: “Dərslərini yaxşı oxuyurdu, idmana gedirdi, danışanda bilirdin ki, gələcəyi parlaqdır. Daha əvvəl də ailəsi onu paltar üstündə cəzalandırır, qapını kilidləyib harasa gedirdi. Biz düşünməzdik ki, o acığa düşüb özünə nəsə edər. Görünür, bu onun sonuncu etirazı idi”.

Son günlər sosial mediada uşaq intiharları ilə bağlı xəbərlər gündəmdədir. Hətta onlar arasında yaşı 8 olanlar da var.

“Ən son həddində polis orqanlarına məlumat verilir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci ildə verdiyi açıqlamaya görə, yetkinlik yaşına çatmayan şəxslər arasında 37 özünü öldürmə, 28 özünü öldürməyə cəhd qeydə alınıb. Son iki ilin statistikası hələlik məlum deyil.

Komitənin Mətbuat Xidmətinin rəhbəri Teymur Əliyevin sözlərinə görə, uşaqlara qarşı zorakılıq faktlarının aşkar edilməsində hələ də müəyyən çətinliklər mövcuddur: “Əfsus ki, heç də hər zaman faktla əlaqədar aidiyyəti orqanlara müraciət edilmir və hadisə bu səbəbdən qeydə alınmır, sosial, hüquqi, psixoloji tədbirlər görülmür. Bir çox hallarda məişət zorakılığı halları ilə bağlı müraciət etmə mexanizmi barədə vətəndaşlarda məlumatsızlığın olması bu halların gizli qalmasına və həll edilməməsinə səbəb olur”.

Onun sözlərinə görə, ailədə baş verən zorakılıq haqqında polis orqanlarına ən son həddə məlumat verilir.

“Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində intihar hallarının, ailə-məişət zorakılığının qurbanlarının sayının artması ilə nəticələnir”, - Teymur Əliyev belə deyir.

4 aya 1700 zəng

“Azərbaycan Uşaq Qaynar Xətti”-nə 2022-ci ildə aprel ayı da daxil olmaqla 1700 zəng daxil olub. Ümumilikdə isə indiyə qədər onların xidmətindən təxminən 58 min uşaq yararlanıb.

Xidmətin Koordinatoru Aynur Məmmədova “Toplum TV”yə açıqlmasında belə deyir.

Onun sözlərinə görə, daha çox Bakı olmaqla, bütün bölgələrdən uşaqlar qaynar xəttə zəng vururlar: “İndi imtahan ərəfəsidir, 9-11-ci siniflər buraxılış və qəbul imtahanlarına hazırlaşırlar. Bu dönəmdə uşaqlar həyəcanlı, stresli olurlar. Bəzən bizə müraciət edəndə “Nə deyirimsə anam, atam qarşı çıxır, məni eşitmək istəmir” deyirlər. Bu da onu göstərir ki, onlar ailədaxili ünsiyyətdə çətinlik yaşayırlar. Bizə dostu, ailə üzvləri ilə problemlərini bölüşə bilməyən uşaqlar müraciət edirlər”.

Uşaqlar niyə intihar edirlər?

Psixoloq Xanım Quliyevanın sözlərinə görə, problemləri həll edə bilməyəcəyimizə dair inam formalaşdıqda yaxud da bundan sonra ola biləcək hadisələrin dözülməzliyi düşüncəsi intiharı qaçılmaz edir: “Uşaqlar dünyanı qarışıq, anlaşılmaz yer olaraq dərk etdikdə yaşamaq onlar üçün çətinləşir. Bəzən də özünü öldürmək fikiri uşaqlar üçün öyrənilmiş davranış biçiminə çevrilir. Yəni onlar bunu kütləvi informasiya vasitələrindən, yaxud da kiminsə təzyiqindən öyrənmiş ola bilər”.

Psixoloq uşaq intiharlarının daha çox qorxudan baş verdiyini qeyd edir: “Uşaq etdiyi hərəkətin, davranışın cəzasından qorxur. Uşaqlar dünyanı daha düz məntiqlə dərk etdiyi üçün öhdəsindən gələ bilməyəcəyi bir şey olduqda onlara çətin olur, anlaşılmazlıq yaşayanda ölərinə qəsdə meyl edirlər”.

Psixoloq deyir ki, problemin nə qədər böyük olmasından daha çox, həmin şəxsin bunu nə qədər ağır qəbul etməsi situasiyanı çıxılmaz edir: “Hər yaşda intihar nümunələrini görə bilirik. Şəxs yaş dövrünün, həyat tərzinin çətinliklərinin öhdəsindən gələ bilmədikdə belə qərara gəlir. 8 yaşlı uşaqla 50 yaşlı birinin çəkdiyi iztirablar bərabər ola bilər. Çünki uşaq da öz yaşındakı problemləri həll edə bilmir, 50 yaşlı biri də”.

“Azərbaycan Uşaq Qaynar Xətti”ndən verilən məlumata görə, intiharın azyaşlılar arasında yayılmasının səbəbi onların vaxtından əvvəl internetdəki zərərli oyunlardan istifadə etməsidir: “Uşaqlar erkən yaşlardan oyuncaqları kənara atıb, daha çox telefonla vaxt keçirirlər. Bəzən də valideynlər öz işlərini rahat görmək üçün telefonu uşağa verir ki, başı qarışsın, səsi çıxmasın. Bu da onların zərərli informasiya və internet oyunları ilə qarşılaşmasına gətirib çıxarır. Əgər bir valideyn gün ərzində 10 dəqiqə belə uşağa vaxt ayırıb “Günün necə keçdi, özünü necə hiss edirsən?”,- deyə soruşmursa o zaman ailə bağları zəifləməyə başlayacaq və uşaq müxtəlif oyunlar və zərərli vasitələrlə özü də bilmədən öz ehtiyaclarını qarşılayacaq”.

Onun sözlərinə görə, ata-ana zorakı üsullarla deyil, birbaşa ünsiyyət və xaricdən nəzarətlə valideyn-övlad münasibətlərini düzgün istiqamətdə bərpa edə bilər.

Əgər bir uşaq özünü çox səssiz, gərgin, narahat aparırsa...

X.Quliyeva deyir ki, bəzən də valideyn laqeydliyi, zorakılığı azyaşlının özünə qapanmasına səbəb olur: “Əgər bir uşaq özünü çox səssiz, gərgin, narahat aparırsa, insanlarla ünsiyyətdən qaçırsa yaxud da tam əksinə problemlə qarşılaşanda emosional vəziyyəti dəyişmirsə, bu, siqnaldır”.

Psixoloqun qənaətincə, uşaq adətən valideynini səhvlərini tutan və buna görə onu tənqid edib, cəzalandıran biri kimi görür.

“Belə insanlara etdiyi səhvi demək, yaxud öz düşüncə və duyğunlarını paylaşmaq mənasız gəlir. Bu halda çarəsiz qalan uşaq intihar düşüncəsinə qapılır. Əslində, biz onlara “sənə bir şey olsa mən neyniyərəm” kimi sözlər deməməliyik. Belə sözlər zərərli ola bilər”.

Xanım Quliyeva hesab edir ki, uşaq həyatının özünə aid olduğunu, böyüyərək, kəşf edərək nələrsə qazana biləcəyini dərk etdikdə, valideynlərinin onlara dəstək ola biləcəyini hiss etdikdə intihardan kənar olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Xaricdə təhsil alacaq tələbələr üçün illik xərc açıqlandı

30 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”  çərçivəsində xaricdə təhsil alacaq hər tələbə üçün illik xərc 51 min manat proqnozlaşdırılıb. Toplum Tv-nin məlumatına görə, bu, Hesablama Palatasının Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə verdiyi rəydə öz əksini tapıb. https://toplum.tv/iqtisadiyyat/berber-derzi-ve-taksi-suruculerinin-odeyeceyi-tibbi-sigorta-haqqi-melum-oldu Bildirilir ki, proqramın xərc maddəsi üzrə 2023-cü ildə 36,7 mln. manat proqnoz müəyyən edilib. Bu da 2022-ci il proqnozundan 18,8 mln. manat və ya 105,0%, gözlənilən icra göstəricisindən isə 19,1 mln. manat və ya 108,5% çoxdur. Həmçinin qeyd olunur ki, cari ildə bu xərc istiqaməti üzrə 17,9 mln. manat vəsait ayrılsa...
Sosial

Nərmin işində təqsirləndirilən şəxs: “O qədər işgəncə vermişdilər ki, ayaqqabı geyinə bilmirdim”

Leyli Cəfərova
23 Noyabr 2022

Toplum.TV

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.  Ötən məhkəmə iclasında İlkin Süleymanovun istintaq ifadəsinin yerində yoxlanması ilə bağlı videogörüntülər nümayiş etdirilmişdi.  Bu, 2020-ci ilin yanvarında İlkin Süleymanovun yaşadığı ünvanda və meyitin yandırıldığı yerdə (evin yaxınlığında) keçirilib.  Bu gün - noyabrın 23-də keçirilən məhkəmə iclasında isə İlkin Süleymanov ifadəsinin yerində yoxlanması prosesi ilə bağlı prokurorun və vəkillərin suallarını cavablandırıb. Vəkillər İlkin Süleymanovdan ifadənin yerində yoxlanılmasına aparılarkən təzyiqlərə məruz qalıb-qalmadığını soruşublar.  İlkin Süleymanov deyib ki, aparılmamışdan əvvəl polis rəisinin müavini Şahlar Cəfərov onu hədələyib və fiziki işgəncəyə...

Seçilmiş Videolar

Toplum TV loqo