Sosial

Bundan sonra gündə yalnız bir dəfə icazə almaq mümkün olacaq

29 İyun, 2020
546
8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Dəyişikliyə əsasən, bundan sonra 8103 SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq.

Onun sözlərinə görə, Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.

"Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit tətbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək.Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 1 kodu vasitəsilə icazə ala bilməyəcək”. 

Sui-istifadə hallarının çoxluğu ilə əlaqədar olaraq belə məhdudiyyətlərin tətbiq edildiyi bildirilir.

Vətəndaşlara təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən zaman həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəmək tövsiyə edilib.

Xatırlatma 

Pandemiya ilə əlaqədar olaraq 21 iyun tarixindən 5 iyul tarixinə qədər xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda əhalinin SMS icazələrlə evdən çıxması qərara alınıb.

8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün  icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.

Vüsalə Mikayıl
Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar