Sosial

Bütün dünyada koronavirusla bağlı vəziyyət pisləşir - Azərbaycanda necə?

18 Noyabr, 2021
2693

Sputnik

Dünyada COVID-19 ilə bağlı vəziyyət qənaətbəxş deyil. Xüsusilə Avropada yoluxma və ölüm hallarında kəskin artım nəzərə çarpır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 7 gün ərzində qitədə yoluxmalar 8%, ölüm halları isə 5% artıb. Bir həftə ərzində dünya miqyasında  yoluxmaların 64%-i, ölüm hallarının isə 57%-i məhz Avropada qeydə alınıb.

Azərbaycanla qonşu ölkələrdə - Rusiya, Gürcüstan  və Ermənistanda da vəziyyət pisləşib. Bu ölkələrdə həftələrdir rekord yoluxma və ölüm halları qeydə alınır. Son sutkaya olan məlumata görə, Gürcüstanda daha 4 732 nəfərə koronavirus diaqnozu qoyulub, 77 nəfər COVID-19-la bağlı ağırlaşmalardan vəfat edib. Ermənistanda noyabrın 17-də koronavirusa 982 nəfər yoluxub, 46 nəfər vəfat edib.

Azərbaycanda isə son sutkada koronavirus infeksiyasına 2 025 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər vəfat edib.Əhali nisbətini nəzərə aldıqda, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət - rəsmi rəqəmlərə əsasən - qənaətbəxş təsir bağışlayır.

Bunun səbəbi nədir? Niyə Avropada və qonşu ölkələrdə koronovirus tüğyan etdiyi halda Azərbaycanda vəziyyət nəzarət altına alınmış kimi görünür?

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Toplum TV”-yə bu sualı şərh edərkən deyir ki, Azərbaycanda yoluxma statistikası reallığı əks etdirmir.

“Gürcüstan və Ermənistandakı statistika reallığa yaxındır. Azərbaycanda isə belə deyil. Çünki çox sayda pasiyent var ki, ambulator xəstə olduqları halda qeydiyyata düşmürlər. Azərbaycandakı statistika real qeydiyyatdan keçənlərə əsaslanır. Ona görə də reallığı tam əks etdirmir”.

Avropada, həmçinin Gürcüstan və Ermənistanın əhali nisbətən yaşlıdır. Azərbaycanda isə əhalinin böyük qismini gənclər təşkil edir. 2020-ci il Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, Azərbaycanda əhalinin 24,1%-ni və ya 2 milyon 387 min nəfərini 15-29 yaş arasında gənclər, 6,5%-i və ya 648,6 min nəfərini isə 65 yaşından yuxarı yaşlılar təşkil edir. Məlumdur ki, koronavirusun ən çox təsir göstərdiyi əhali qruplarından biri yaşlılardır. Bəlkə Azərbaycanda əhalinin gənc olması pandemiya ilə bağlı rəqəmlərə təsir göstərir?

Adil Qeybulla bu suala cavabında deyir ki, əvvəllər ölkədə yaşlıların az olması faktorunun  yoluxmaya təsiri var idi, ancaq hal-hazırda gənclər arasında xəstələnənlərin sayı da yetərincədir.

Adil Qeybulla - Açıq mənbələrdən götürülüb

“Hətta “Pfizer” vaksini ilə peyvənd olunmuş şəxslərin arasında yoluxma hallarının olması ciddi narahatclıq doğurur. Bu onu göstərir ki, virus mutasiyaya uğrayıb, təbiətini dəyişdirərək yoluxuculuq xassəsini də artırıb”, - deyə professor vurğulayır.

Vaksinasiyanın yoluxmalara və ölüm hallarına təsiri

Noyabrın 17-nə olan məlumata görə, Azərbaycanda  4864 nəfər birinci doza, 7712 nəfər ikinci doza, 21208 nəfər isə “buster” doza üzrə vaksinasiya olunub. Ölkədə indiyədək ümumən 10 milyondan çox vaksin vurulub. Birinci doza vaksinlərin ümumi sayı 5 milyondan çox, ikinci doza vaksinlərin ümumi sayı 4,5 milyona yaxın, üçüncü doza vaksinlərin ümumi sayı isə 634 mindən artırqdır.

Qonşu ölkələrdə - Gürcüstanda əhalinin 24,4 faizi, Ermənistanda 8,5 faizi tam peyvənd olunub. Türkiyədə bu göstərici 58,5 faiz, İranda 49,6 faiz,  Rusiyada isə 35,4 faizdir.

İnfeksionist Vüqar Cavadzadə bu məsələylə bağlı açıqlamasında deyir ki, Azərbaycanda vaksinasiya işinin uğurlu aparılması yoluxma və ölüm hallarının azalmasına gətirib çıxarıb. Onun fikrincə, dünyada pandemiya ilə bağlı vəziyyətin pisləşməsinin səbəblərindən biri də vaksinasiya prosesinin ləng getməsidir: “Azərbaycanda insanlar artıq kifayət qədər maariflənib və müəyyən tədbirlərə riayət edirlər. Hazırda çox insan toya, yasa getmir, qapalı yerlərə daxil olanda maska taxır. Ancaq əvvəllər maskanın taxılması ilə bağlı müəyyən problemlər var idi. İkinci məsələ isə vaksinasiyanın aparılması ilə bağlıdır. Bəzi Avropa ölkələrində vaksin olunanların sayı Azərbaycanda vaksin olunanların sayından azdır. Azərbaycanda nəinki iki doza vaksin vurulub, hətta artıq buster dozanın da tətbiqinə başlanılıb”.

Vüqar Cavadzadə buster doza peyvənd vurdurmaq istəyənlərin sayının kifayət qədər çox olduğuna diqqət çəkir: “Gün ərzində mənə dəfələrlə zəng olunmasından, 3-cü doza haqqında məlumat istənilənməsindən o qənaətə gəlirəm ki, buster doza olunmaq istəyənlərin sayı kifayət qədərdir. Bu çox müsbət haldır. Vaksindən sonra yaranan immunitetin müddəti 6 aydır. Ona görə də 3-cü dozanın vurulması vacibdir”.

Vüqar Cavadzadə - Açıq mənbələrdən götürülüb

Adil Qeybulla isə saxta COVID sənədi alanların sayına vurğu edir və deyir ki, saxta vaksin pasportlarına görə, vaksinasiya statistikaları reallığı əks etdirmir: “Portala rəsmi şəkildə salınmış, amma faktiki vaksin olunmamış və əlində vaksin sertifikatı olan insanların sayı az deyil. Araşdırmalardan sonra bununla bağlı xeyli məsələlər ortaya çıxıb. Bunun özü də göstərir ki, vaksinasiya olunanların statistikası reallığı tam əks etdirmir”.

Azərbaycanda indidən sonra yoluxmalarda kəskin artım və karantin qaydalarının sərtləşməsi ehtimalı mümkündürmü?  

V.Cavadzadə bu suala cavabında bildirir ki, yoluxmaların artması ehtimalı həmişə var: “Dünya pandemiya dövrünü yaşayır. Pandemiya dövründə hər an epidemik alovlaşmalar nəticəsində göstəricilərin yüksəlməsi baş verə bilər. Biz COVID-19-u həyatımızın bir parçası hesab etməliyik. O, heç vaxt həyatımızdan təmamilə silinib getməyəcək”.

A.Qeybulla isə deyir ki, bu, COVID-19-un necə mutasiya keçməsindən asılı olacaq: “Hazırda Fransada yeni bir delta stammı aşkar edilib. Bunun Afrikadan gəldiyi güman edilir. Ümmumiyyətlə, Afrika və Asiya ölkələrində  vaksinasiya prosesi çox zəif gedir və yoluxma oralarda daha çoxdur. Beləcə, mutasiya prosesi davam edir. Sonra da mutasiyalar insanlar vasitəsilə digər ölkələrə daşınır”.

Professorun sözlərinə görə, pandemiya şəraitinin yaxşılaşması üçün bütün ölkələrdə kollektiv immunitetin yaranması əsas şərtdir. “Ona görə də vaksinasiya bütün ölkələrdə aparılmalıdır”,- deyə o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo