Sosial

Cavanşir Quliyev birdəfəlik Azərbaycana qayıdıb

Samirə Əli
22 Sentyabr, 2022
176

Açıq mənbələrdən götürülüb

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev uzun müddətdən sonra Azərbaycana köçüb.

"Toplum Tv" Cavanşir Quliyevlə əlaqə saxlayıb. Bəstəkar Azərbaycana birdəfəlik geri qayıtması xəbərini təsdiqləyib:

"Hazırda Bakıdayam. Amma indi yola çıxıram, rayona getməliyəm. Qardaşım rəhmətə gedib", - deyə bəstəkar əlavə edib.

O, bundan sonrakı həyat və yaradıcılığını yenidən öz ölkəsində davam etdirmək qərarına gəlib. Bəstəkar son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq niyyəti ilə vətənə qayıtdığını bildirib.

C.Quliyev 19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində professor kimi çalışır və orada yaşayırdı.  

Sosial

Azərbaycanlı hərbçinin vəfat etdiyi bildirilir

7 Oktyabr 2022

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sosial

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlandı

6 Oktyabr 2022

The Spectator

İsveç Nobel Komitəsi fransız yazıçı Anni Ernonu 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüb.  Bu barədə Komitənin "Tvitter" hesabında məlumat verilib.  Anni Ernoya mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" layiq görülüb. Anni Erno 1940-cı ildə Fransada anadan olub. Onun əksərən avtobioqrafik olan ədəbi yaradıcılığı sosiologiya ilə dərindən bağlıdır. O, əsərlərində II Dünya Müharibəsindən başlamaqla 2000-lərin Fransasına nəzər salır. Əsərlər cəmiyyətin təkamülü prosesində bir qadının həyatını əks etdirir.  Erno həm də ədəbiyyat üzrə professordur. 

Seçilmiş Videolar

Toplum TV loqo