Sosial

Cəlilabadda icra nümayəndələri müğənnini "lom"la vuraraq qətlə yetiriblər

23 Aprel, 2021
132

Sosial Media

Cəlilabad rayonunda icra nümayəndələri onlara borcu olan müğənnini Türkiyə vətəndaşı ilə birgə qətlə yetiriblər. 

Bu barədə aprelin 23-də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri məlumat yayıb.

Məlumatda deyilir:

"18 aprel 2021-ci il tarixdə Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Mahmudov Famil Əzizağa oğlu, Seyidbazar kəndi üzrə nümayəndəsi İsmayılov Zeydulla İsmayıl oğlu və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib".

KİV-in məlumatına görə, Əflatun Abdullayev müğənnilik fəaliyyəti ilə məşğul olub. 

İstintaq müəyyən edib ki, Ə.Abdullayev rayonun Təklə kənd icra nümayəndəsi Famil Mahmudova külli miqdarda pulu sələmə verib. Daha sonra F.Mahmudov rayonun Seyidbazar kənd icra nümayəndəsi Zeydulla İsmayılovla birgə Əflatun Abdullayevi öldürmək planı qurublar.

Onlar bu məqsədlə Bakıda yaşayan Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Kürtoğlu Mehmet Ali ilə anlaşıblar. Razılığa görə, icra nümayəndələri M.Kürtoğluna 20 min dollar verəcəklər, o da Cəlilabad rayonuna gələrək Əflatun Abdullayevi öldürüb gizlincə geri qayıdacaqmış. Lakin bu plan baş tutmayıb.

Borcun qaytarılması üçün Təklə kənd icra nümayəndəliyinin ofisində görüşüblər. Mübahisə zamanı M.Kürtoğlu Əflatun Abdullayevi boğub, icra nümayəndələri isə onu “lom”la vuraraq öldürüblər.

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar