Sosial Media
Professor, Milli Şuranın sədri Cəmil Həsənlinin Honq-Konqda kitabı nəşr olunub.
Bu barədə o, aprelin 9-da özünün sosial şəbəkə hesabında məlumat verib:
"Honq Konq Universiteti Press yalnız Çinin deyil, dünyanın ən nüfuzlu nəşriyyatlarındandır. Həm Universitet, həm də Honq Konq University Press öz müstəqilliyini hələ ki, saxlaya bilib. Bu ay həmin nəşriyyat mənim Şərqi Türkistan kitabımın (蘇聯政策中的新疆:
斯大林與東突厥斯坦的穆斯林運動, 1931-1949) nəşrini başa çatdıra bildi".
Kitabın nəşr prosesindən danışarkən professor bunun heç də asan başa gəlmədiyini deyib:
"Uyğurların, Şərqi Türkistanda digər türk və müsəlman xalqlarının 20 illik (1930-1950) zəfər və faciəsini əks etdirən bu əsərin hazırkı vaxtda Hong Kong Pressdə çıxması elə də asan olmadı. Çətinliklərlə üzləşsə də, nəhayət bu nəşri başa çatdırmaq mümkün oldu. Kitabı Çin dilinə Professor Yang Şu tərcümə edib. Moskva və Harvarddan sonra üçüncü olaraq bu araşdırma Hong Kongda nəşr olundu. Hazırda kitab Türkiyədə türk dilinə də tərcümə edilir. İki həftədən sonra kitab artıq satışda olacaq, internet üzərindən sifarişlər isə artıq başlamışdır".
REUTERS
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”