Azerinews
Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntıların miqdarı 10-15% azalıb.
Bu barədə AMEA-nın Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələrində bildirilib.
Məlumata görə, ümumilikdə respublika ərazisində ekstremal hidrometeoroloji halların sayı çoxalmayıb. Ən böhranlı vəziyyət Kür çayında müşahidə olunub, onun su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhv olma təhlükəsi yaranıb.
Bildirilib ki, iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri ayrıca araşdırılıb, günəş fəallığı ilə dənizin səviyyəsinin dəyişməsi arasındakı səbəb-nəticə əlaqələri tədqiq olunub və bu əsasda səviyyə dəyişmələrinin uzunmüddətli proqnozu verilib. Yaxın gələcəkdə səviyyənin kəskin dəyişmə ehtimalının çox az olacağı proqnozlaşdırılıb (APA)
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?