Açıq mənbələrdən götürülüb
Azərbaycanda iri un və çörək istehsalçıları birgə məlumat yayaraq bildiriblər ki, ölkədə çörəyin qiyməti 5 qəpik artacaq.
İstehsalçılar bunu pandemiyanın təsirləri, logistik xərclərin artması, buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq ixraca qoyduğu məhdudiyyətlər, siyasi və hərbi münaqişələr və bunların fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətinin yüksəlməsi ilə əlaqələndiriblər.
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir.
https://toplum.tv/iqtisadiyyat/payizda-olkede-un-ve-un-memulatlari-bahalasacaq
Bununla yanaşı, ölkəmiz üçün xüsusilə önəmli olan məsələlərdən biri ən böyük ərzaqlıq buğda istehsalçılarından və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın 2021-ci ilin fevral ayından tətbiq etdiyi yüksək ixrac tariflərinin hələ də qüvvədə qalmasıdır.
Dünya bazarlarında müşahidə olunan bu vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşiblər. Cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir", - deyə məlumatda bildirilib.
Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.
Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür