France 24
“Pfizer” əczaçılıq şirkəti COVID-19 əleyhinə profilaktik dərmanın geniş sınaqlarına başlayıb.
Bu barədə şirkətin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, yeni dərman koronavirusun erkən mərhələdə müalicəsi və ya xəstəliyin profilaktikası üçün nəzərdə tutulub.
""Pfizer" yeni antivirus namizəd PF-07321332 və ritonavirin kiçik dozaları ilə COVID-19-un qarşısını almaq effektini yoxlamaq üçün EPİC-PEP sınaqlarının 2/3 mərhələsinin başladığını elan edib”, - xəbərdə deyilir.
Şirkətdə bildiriblər ki, dərmanın kliniki sınaqlarına 2660 nəfər cəlb etmək planlaşdırılır.
“Pfizer”in rəhbəri Albert Burla daha əvvəl bildirmişdi ki, dünya bir il sonra normal həyata qayıdacaq. Bu zaman o, vurğulayıb ki, hadisələrin ən ehtimal olunan variantı virusun yeni mutasiyalarının meydana çıxması və hər il peyvəndlənmənin normaya çevrilməsidir.
Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”