Sosial

COVID-19-un mənşəyilə bağlı hesabat açıqlandı: laboratoriyadan sızıb 

2 Avqust, 2021
791

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Nümayəndələr palatasının Respublikaçılar partiyasından olan üzvü Maykl Makkol COVID-19 virusunun Çin laboratoriyasından sızması barədə sübutları təqdim edib. 

Bu barədə sənədlə tanış olan "The Hill" nəşri məlumat yayıb.

Hesabatın mətnini xarici işlər üzrə komitənin üzvü Maykl Makkol dərc edib. Bu, onun koronavirusun mənşəyinə dair araşdırmasının üçüncü hissəsidir. Hesabat açıq mənbələr və dolayı dəlillər əsasında tərtib olunub. Müəlliflərin fikrincə, SARS-CoV-2 virusu bütün dünyaya Uhan virusologiya institutundan yayılıb.

Respublikaçılar hesab edirlər ki, buna görə ABŞ hakimiyyəti Çini məsuliyyətə cəlb etməlidir. Makkol Konqresin Uhan laboratoriyasında işləyən alimlərə, eləcə də Çin Kommunist partiyasının nümayəndələrinə də sanksiya tətbiq etməsini istəyib. Beynəlxalq ekspertlər qrupunda ABŞ-ı təmsil edən Piter Daszak baş verənlərə görə təqsirkar hesab edilib. Respublikaçılar iddia edirlər ki, o, məhkəmə qarşısında cavab verməlidir. 

Səhiyyə sahəsinin bəzi nümayəndələri hesab edirlər ki, sözügedən araşdırma COVID-19 pandemiyası ilə mübarizədə mühüm addımdır. Digər ekspertlər isə virusun mənşəyi haqqında birmənalı qənaətə gəlmək üçün hələlik tez olduğunu düşünürlər.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri COVID-19-un yayılma səbəbini aydınlaşdırmaq üçün Uhana etdikləri səfər barəsində hələ mart ayında hesabat təqdim edib. Həmin sənədə görə, xəstəlik Uhan laboratoriyasında sızma nəticəsində yayılmayıb. Amma ÜST rəhbəri Tedros Qebreyesus artıq iyulda laboratoriyaları bir daha yoxlamağı planlaşdırdıqlarını söyləyib. Çin isə bu planı rədd edib.

Sosial

Əsgərin özünü öldürdüyü bildirilir

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib    Bu barədə iyulun 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, 5 iyul saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb. Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.     Hazırda istintaq aparılır.  Rəvan Tağıyevin Yevlaxın Salahlı kənd sakini olduğu, hadisənin Laçında baş verdiyi bildirilir.   
Sosial

Koronavirusa yoluxanların sayı artır

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 6-da verilən məlumata görə, ölən yoxdur. İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.

Seçilmiş Videolar

Toplum TV loqo