Sosial
Daha 50 Qarabağ müharibəsi əlilinə avtomobil verilib
12 Sentyabr, 2019
Baxış: 214
Nazir müavini: "Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, indiyədək müharibə əlillərinə 6474, o cümlədən cari ilin ötən dövründə 330 avtomobil verilib.

Sentyabrın 12-də keçirilən təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

Nazir müavini deyib ki, 2019-cu ildə müharibə əlillərinə 600-ə yaxın avtomobil veriləcək. Bu, nəzərdə tutulduğundan 3,2 dəfə çoxdur.

"Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub,”-nazir müavini deyib.

Sosial

Laçın dağlarında qulluq edən hərbçilər maaşlarının azaldılmasına etiraz edirlər

Roza Məmmədova
22 Yanvar 2021
"Cənab Ali Baş komandan, ordunun zabit, gizir, MAXE-ləri adından sizdən xahişim var. Laçında qulluq etdiyimiz halda, maaşlarımız tək qata salınıb. Bu şəraitdə bir qat maaşla xidmət etmək düzgün deyil”. Özünü təqdim etməyən hərbçinin sosial şəbəkədə yayılmış videomüraciətində belə deyilir. 2020-ci il dekabrın 24-də prezident hərbi xərclərin artırılması təşəbbüsü ilə çıxış etmişdi: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq". 2021-ci ilin dövlət...
Sosial

Koronavirus statistikası: Azərbaycan

22 Yanvar 2021
Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Bu barədə yanvarın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 11 nəfər isə koronavirusdan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.
Seçilmiş Videolar