Sosial

Daha bir gənc qız intihar etdi

21 Fevral, 2021
113

TebMedTourism

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli intihar edib (“Report”).

Hadisə şahidlərinin sözlərinə görə, Sumqayıt bulvarında bir neçə dəfə sahilə yaxınlaşıb geri çəkilən gənc qız qəflətən özünü dənizə atıb. Ətrafdakların onu xilas etmək cəhdləri uğursuzluqla nəticələnib.

V.Rəhimlinin cansız bədənini dənizdən Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri çıxararıblar.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.

Sosial

44 günlük müharibədə şəhid olanların yeni siyahısı açıqlandı

2 Mart 2021

Sosial Media

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin II Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Martın 2-də Müdafiə Nazirliyindən verilən məlumatına görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Sosial

Müdafiə Nazirliyi müharibədə itkin düşən hərbçilərin siyahısını açıqladı

2 Mart 2021

MN

Müdafiə Nazirliyi II Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 28 hərbi qulluqçunun tapılması üzrə işləri davam etdirdiyini açıqlayıb.  Bu barədə martın 2-də nazirlikdən verilən məlumatda bildirilib.  Şəxsiyyəti müəyyən olunmayan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Seçilmiş Videolar