anadolu ajansı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə məlumat daxil olub.
Bu barədə yanvarın 22-də Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən, minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Yanvarın 21-də də Qarabağda Azərbaycan Ordusunun əsgəri minaya düşmüşdü. Məlumata görə, hadisə nəticəsində hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu şəhid olub.
Ümumən 2021-ci ildə mina partlayışları nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun həlak olduğu bildirilir.
Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”
"Report"
Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”
APA
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”