Sosial

Dəmiryol işçiləri etiraz aksiyası keçirib

Samirə Əli
16 May, 2022
117

Toplum Tv

Mayın 16-da dəmiryol işçiləri etiraz aksiyası keçirib.

İşçilər iki aydır aldıqları əmək haqlarının azaldılmasından şikayətçidir.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları (ADY) bəyanat yayıb.

Bəyanatda deyilir ki, ADY fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşları üçün vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur.

“Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi çalışır. Pandemiya müddətində yalnız 2000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb. Bildirilir ki, həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə on milyon manatdan artıq vəsaiti əhatə edən əmək haqqı ödənilib.

Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  
Sosial

Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlandı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.  Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.  AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.  Qurban kəsimi 9 iyul tarixindən başlayaraq, 3 gün davam edə bilər: İyul ayının 9-da məscidləridə birgə Bayram namazları qılınacaq.

Seçilmiş Videolar

Toplum TV loqo