Sosial

Demokratik Təşəbbüslər İnstitutu evsiz vətəndaşlarla bağlı tədqiqat hazırlayıb

Toplum TV
17 Oktyabr, 2022
677

IDI

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc Sosial Tədqiqatçılar Məktəbinin” məzunu “Bakı şəhərində evsiz şəxslərin qarşılaşdığı qida çatışmazlığı və qida zəhərlənməsi problemləri”nə dair tədqiqat hazırlayıb.

Qurumdan oktyabrın 17-də verilən məlumatda bildirilir ki, tədqiqatın məqsədi Bakı şəhərində evsiz şəxslərin qarşılaşdıqları qida çatışmazlığı və qida zəhərlənməsi problemlərini araşdırmaq, evsiz şəxslər üçün təhlükəsiz və sağlam qidanın çatımlılığını müəyyən etməkdir. 

Araşdırmanı həyata keçirən iki tədqiqatçı Bakının 8 rayonundakı parklar, yeraltı və yerüstü keçidlər, tərk edilmiş binalar və yaşayış sahələrinin ətrafında istirahət üçün nəzərdə tutulmuş yerlərə və ümumilikdə 116 məkana baxış keçirib. Baxılmış məkanlarda 26 respondentlə sorğu keçirilib, bundan əlavə, sorğunun təklif olunduğu 11 evsiz şəxs sorğuda iştirakdan imtina edib.

Bu şəxslərin 24-ü kişi, 2-si isə qadındır. Respondentlərin 6-sı 30 yaşa qədər olan şəxslər, 16-sı 31-45 yaş arası şəxslər, 4-ü isə 45-dən artıq yaşı olan şəxslərdir. Bundan əlavə, Sosial Xidmətlər Agentliyi nəzdindəki Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə informasiya sorğusu göndərilib, amma cavab almaq mümkün olmayıb.

Sorğuya qatılmış 26 repondentə qida qəbulu və digər məsələlərlə bağlı ünvanlanan suallara verdiyi cavablarda aşağıdakı məqamlar diqqəti cəlb edir:

Evsiz şəxslərin müntəzəm qida mənbələri və ya onlara qida yardımı edən dövlət qurumu yoxdur. Bu şəxslərdən 13 nəfər qidasını ictimai iaşə obyektlərindən alır, 11 nəfər qida artıqları ilə dolanmağa çalışır, 7 nəfər başqa insanlardan qida yardımı əldə edir, 1 nəfər isə dini təşkilatların qida yardımından yararlanır.   

Tədqiqatda bildirilir ki, onların təmiz su çatışmazlığı və qida zəhərlənmələrindən əziyyət çəkdiyi müəyyən olunur. Belə ki, respondentlərimizdən 3-ü təmiz və içməli suyun onlar üçün əlçatan olmadığını bildirib, 12-si isə qida zəhərlənməsi yaşadıqlarını bildiriblər. Qida zəhərlənməsi halı ilə qarşılaşdığını qeyd edən respondentlərdən 5-i səbəb kimi vaxtı keçmiş qidaları, 5-i ucuz qidaları, 1-i isə qeyri-sanitar yerdən tapdığı qidaları göstərib. Respondentlərdən heç biri bu hallardan sonra tibbi xidmətə müraciət etməyiblər.

Xəstəliklərlə bağlı suala isə 26 respondentdən 15-i səhhətində astma (iki nəfərdə), ayaqla hərəkət imkanını məhdudlaşdıran problem (iki nəfərdə), qaraciyərin fəaliyyəti ilə bağlı problem (iki nəfərdə), bel ağrıları, böyrək ağrıları, vərəm, revmatizm, dişlərin çürüklüyü, sümük əyriliyi, daimi öskürək, psixoloji pozuntu və nevroz kimi problemlərin olduğunu bildirib.

Dövlət qurumlarından yardım ilə bağlı verilən suala isə sorğuda iştirak etmiş respondentlərdən yalnız biri daha əvvəl Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində yerləşdirildiyini, biri isə bununla bağlı təklifdən imtina etdiyini qeyd edib. Başqa 24 respondent bununla bağlı onlara hər hansı bir təklifin olmadığını qeyd edib.

Beləliklə, IDI-nin araşdırması nəticəsində bir sıra problemlər müəyyən edilmişdir:

Belə ki, evsiz şəxslərin hüquqları ilə bağlı problemlərdən biri Azərbaycanda evsiz şəxslərin statistikasını toplayan və yayımlayan dövlət qurumu olmamasıdır. Azərbaycanda yetkinlik yaşına çatmış evsiz şəxslərə yardımın dövlət qanadının təmsilçisi Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsidir. Lakin 2020-ci ilin dekabrına olan statistikaya əsasən, burada ümumilikdə 71 nəfərə xidmət göstərilir və onların heç də hamısı evsizlər deyil.

Digər problem isə Azərbaycanda evsiz şəxslərə müntəzəm qida yardımı edən qurumların, demək olar ki, olmamasıdır. Belə ki, bu tip xeyriyyə təşkilatlardan biri kimi 2006-cı ilin mayından Tereza Kalkuttskaya ana Şəfqət bacılarının (Katolik Kilsəsində qadın rahibə konqreqasiyası) Bakıda yaratdığı evsizlər sığınacağını göstərə bilərik. Pravoslav Mixail-Arxangel kilsəsi də evsizlərə gündəlik isti yemək verir. Müşahidəmizə görə, Mixail-Arxangel pravoslav kilsəsinin təşkil etdiyi qida yardımından, əsasən, yoxsul pravoslavlar və yaxın ərazidə yaşayıb qida əldə etməkdə çətinlik çəkən digər vətəndaşlar faydalanırlar. Bu kilsədə sayca kifayət qədər çox insana qida yardımı təklif edilsə də, ondan faydalananlar arasında evsiz insanların sayı olduqca azdır. Katolik kilsəsi nəzdində Tereza Ana adına kimsəsizlər üçün sığınacağa gəldikdə isə, bu sığınacaq SXA-nin evsiz şəxslər üçün nəzərdə tutulmuş sığınacağından fərqli olaraq, evsiz insanları 6 ay müddətində yox, daimi yaşayış yeri ilə təmin edir. Qafqaz Müsəlmanları İdarəsi isə evsizlərə müntəzəm və stasionar yardımla məşğul olmur.

Tədqiqatdan belə qənaətə gəlinir ki, Bakı şəhərindəki evsiz şəxslər ciddi qida çatışmazlığı problemi ilə üz-üzədirlər. Bu şəxslər üçün qida yardımının təşkil olunması yolları və ya sığınacaq sisteminin təkmilləşdirilməsi dövlətin sosial siyasətində aktiv bir istiqamət olmalıdır. SXA-nin çətin həyat şəraitindəki fərqli bir neçə insan qrupunu birləşdirən sığınacağından əlavə, məhz evsizlər üçün nəzərdə tutulmuş ayrıca sığınacağının yaradılması da vacibdir. Belə bir sığınacağın işçilərinin evsiz insanların gecələdikləri müxtəlif məkanlara vaxtaşırı baxış keçirməklə onları sığınacağa dəvət etmələri, bu sığınacağın yalnız ahıl və xəstələr üçün nəzərdə tutulmadığını izah etmələri də (evsizlərdəki mövcud təsəvvürləri nəzərə aldıqda) atılmalı olan addımdır. Bu evsiz insanlar mobil olduqları üçün onlara birbaşa qida yardımının göstərilməsini təşkil etmək əlverişli olmaya bilər, sığınacaqlarda yerləşdirərək gündə bir neçə dəfə yeməklə təmin etmək üsulunun dairəsini genişləndirmək, bu səbəbdən ən səmərəli həll yolu kimi görünür.

Tədqiqatla buradan daha ətraflı tanış ola biləsiniz: Bakı şəhərində evsiz şəxslərin qarşılaşdığı qida çatışmazlığı və qida zəhərlənməsi problemləri


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo