Sosial

Deputat Fazil Mustafa: “Qiymətlər bahalaşırsa, maaşlar da artırılmalıdır”

2 Fevral, 2021
1417

NRDC

“Yüz faizlik qiymət artımı müşahidə olunursa, “vətəndaş bunu necə ödəyəcək” sualına cavab verilməli, onun maaşı və təqaüdü də artırılmalıdır”.

Bunu “Toplum TV”-yə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

Yanvarın 31-də Tarif Şurasının keçirdiyi növbəti iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

2021-ci il fevralın 1-dən qüvvəyə minən qərar həmin gün keçirilən Milli Məclisin plenar iclasında müzakirə olunub və deputatlar tərəfindən fərqli fikirlər səsləndirilib. 

Azərbaycan Vəhdət Partiyasının sədri Tahir Kərimli Tarif Şurasının ləğv edilməsi təklifini irəli sürüb: “Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq”.

İclasda millət vəkili Sabir Rüstəmxanlı təklif edib ki, Tarif Şurası parlamentə dəvət olunmalı və hesabat verməlidir: “Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər? Qiymətin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.

Deputat Erkin Qədirli də qurum haqqında fikirlərini bildirib: “Tarif Şurası Milli Məclisdən kənar büdcəyə müdaxilə edir. Hökumət, nazirlər parlamentin qarşısında hesabat verir, eyni zamanda büdcəyə dəyişiklik də parlament vasitəsilə edilir. Tarif Şurası haqqında məsələyə baxılmalı və lazım gələrsə, prezidentə təkliflər verilməlidir”.

Deputat Fazil Mustafa məsələnin narahatlıq yaratdığını bildirib: “Hər hansısa qiymət artımı həyata keçiriləndə vətəndaşların bu fərqi ödəmək imkanları da nəzərə alınmalıdır. Yüz faizlik qiymət artımı müşahidə olunursa, vətəndaşın maaşı və təqaüdü də artırılmalı, bazarda inflyasiya müəyyən dərəcədə nəzarət altına alınmalıdır. Təbii ki, Azərbaycanın su ehtiyatları böyük deyil və sudan istifadədə müəyyən dərəcədə israfçılıqlar var. Vaxtilə suvarma sahəsinə nəzarət etmək üçün lazımi səviyyədə işlər görülmədi. Suvarma sistemi ən böyük korrupsiya sistemi olduğuna görə, sovet dövründən qalan bütün borular sökülüb satıldı və hər kəsin gözü önündə böyük bir cinayətkar şəbəkənin fəaliyyəti nəticəsində Azərbaycanda su ehtiyatları lazimi səviyyədə istifadə olunmadı. İndi-indi bu sahədə müəyyən işlər görülsə də, qiymət artımı həssas məsələdir və vətəndaşlarının rəyini nəzərə almaq olduqca vacibdir”.

Deputat onu da qeyd edib ki, Milli Məclisin plenar iclasında bu istiqamətdə haqlı olaraq bildirilən iradlar hələ də narazılıq elementi olarsa və dəyişiklik baş verməzsə, parlamentdə yenidən məsələ qaldırıla bilər.

Nigar Səmədli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...
Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 

Seçilmiş Videolar

Toplum TV loqo