Sosial
Deputat: “Mərkəzi Bankın bina tikdirməsinin parlamentə nə dəxli var?”
14 Yanvar, 2021
Baxış: 1094
FOTO: Trend.az 
 
"Ölkədə normal idarəetmə, xərclənən hər qəpiyin parlament qarşısında hesabatını verən hökumət olsaydı, belə bir mənzərə ilə qarşılaşmazdıq”.

Bunu "Toplum TV”yə açıqlamasında iqtisadçı Rövşən Ağayev deyib.
 
Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalayıb. Layihənin dəyəri isə 218 milyon avrodur.

Rövşən Ağayev dövlət qurumları üçün bu qədər dəbdəbəli və bahalı binaların tikilməsinin yolverilməz olduğunu bildirib: ""Azərsu”, Mərkəzi Bank kimi qurumların onsuz da müasir standartlara uyğun, rahat binaları var idi. Xüsusilə "Azərsu”nun mərkəzi binası bildiyim qədəri ilə son bir neçə ildə tamamilə yenidən təmir olunub. Eyni zamanda Mərkəzi Bankın binası da yaxın 20-25 ildə son dəblə tikilən binadır. Belə bir durumda bu ehtiyacın nədən irəli gəldiyini müəyyənləşdirmək çox çətindir. Ümumiyyətlə bunu aydınlaşdırmaq lazımdır ki, işçilərini yetərincə rahat iş şəraiti ilə təmin edən ofislərə sahib qurumlar üçün yenidən israfçılıq edib bina tikmək nə üçün lazımdır?” 
FOTO: Sosial media
 
Ekspert eyni zamanda qeyd edib ki, müharibədən yeni çıxmış və pandemiya şəraitində olan ölkədə belə bir layihənin həyata keçirilməsi birmənalı deyil: "Ciddi maliyyə vəsaitlərinə ehtiyac olduğu, dövlətin müxtəlif fondlar vasitəsilə vəsait cəlb edərək vətəndaşların problemlərinin öhdəsindən gəlməyə çalışdığı bir zamanda dövlət büdcəsinin dəbdəbəli binalara yönəldilməsi yolverilməzdir. Bu, əslində, Azərbaycanın səmərəli dövlət idarəçiliyinin olmamasından irəli gəlir. Ölkədə normal idarəetmə, ictimai vəsaitlərdən effektiv istifadəyə imkan verən mexanizmlər, eyni zamanda xərclənən hər qəpiyin parlament qarşısında hesabatını verən hökumət olsaydı belə bir mənzərə ilə qarşılaşmazdıq”. 

"Konstitutsiyada birbaşa büdcəyə nəzarət orqanı parlamentdir. Parlament bu səlahiyyəti üzərinə götürərək büdcədən hər xərclənən vəsaitin hesabını hökümətdən tələb edə bilməyəcəksə, bunlar həmişə olacaq. Bu, tək nümunə deyil, biz uzun illərdir ki, hökümət qurumları üçün bahalı binaların tikilməsini, eyni zamanda büdcədən dövlət şirkətlərinə subsidiyaların verilməsini tənqid edirik”, – deyə R.Ağayev əlavə edib. 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Mərkəzi Bankın yeni bina tikdirməsindən xəbərsiz olduğunu deyir: "Mərkəzi Bankla bağlı İqtisadi komitəyə zəng vurun, ümumiyyətlə bu məsələnin parlamentə və deputatlara nə aidiyyatı var? Mən heç bilmirəm ki, Mərkəzi Bank binanı harada tikdirəcək, mənim nə iqtisadiyyatla əlaqəm var, nə də arxitektura ilə”.

Bundan öncə isə "Azərsu” ASC üçün dəyəri 120 milyon ABŞ dolları olan yeni ofis binasının tikiləcəyi açıqlanıb. 

Nigar Səmədli
Sosial

20 Yanvar faciəsindən 31 il ötür-FOTOREPORTAJ

Fərqanə Novruzova
20 Yanvar, 2021
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib. Rəsmi məlumata görə, Kommunist Partiyasının Birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.  SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub. Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin...
Sosial

Koronavirus statistikası: Azərbaycan

20 Yanvar, 2021
Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumatına görə, son sutkada 12 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.
Seçilmiş Videolar
Menu