Sosial

Deputatın oğlu obyektini dövlət agentliyinə 1 milyona icarəyə verib

Məzahir Abdurahmanov
19 Avqust, 2021
509

Açıq mənbələrdən götürülüb

“İstənilən yerdə bina icarəyə götürüb, ona milyon manat ayırmağı doğru saymıram”.

Bunu “Toplum TV”-yə deputat Vahid Əhmədov deyib.

İcbari Tibbi Sığorta tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fərdi sahibkar Orxan Cavanşir olub.

Fərdi sahibkar Cavanşir Orxan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə ofis və anbar kompleksi icarəyə verəcək.

İqtisadçı Natiq Cəfərli yazıb ki, qeyd olunan ofis və anbar kompleksinin icarəsi üçün “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Orxan Cavanşir 1 milyon 176 min manat ödəyəcək.

Onun sözlərinə görə, 1994-cü il təvəllüdlü Orxan Cavanşir millət vəkili Cavanşir Feyziyevin oğludur.

Toğrul Maşallı-Sosial Media

İqtisadçı Toğrul Marşallı deyir ki, açıqlanan qiymətlər şübhə yaradır: “Azərbaycanda əmlakla, əmlakın icarəsi ilə bağlı qiymətlərə dair heç bir baza yoxdur. Burada başqa bir məsələ də var ki, İcbari Tibbi Sığortanın vəsaitində şəffaflıq yoxdur. Bizdə koronovirusla mübarizə daxil olmaqla bir çox işlər onun vəsaitləri ilə həyata keçirilir. Ancaq bizdə bununla bağlı heç bir məlumat yoxdur. Sadəcə, ilin sonunda hesabat verilir. Bu da kifayət deyil”.

“Həmçinin də icarəyə götürülmə və tenderin necə keçirilməsilə bağlı məlumat yoxdur. Yəni nə elan, nə iştirakçılar haqqında informasiya var. İcarəyə götürdükləri yer şəhərdən kənardır. Məlum deyil ki, oranı niyə seçiblər”, - deyə iqtisadçı bildirib.

Vahid Əhmədov-Sosial Media

Deputat V.Əhmədov da icarə üçün ayrılan məbləğin böyük olduğunu deyir: “Bu pulların hamısı dövlət büdcəsindən ayrılır. Ayrılan pullara nəzarət olunmalıdır. Ümumiyyətlə İcbari Tibbi Sığorta Azərbaycanda fəaliyyət göstərsə də, biz onun fəaliyyətini tam görmürük. Ona görə də ilk növbə də İcbari Tibbi Sığortanın fəaliyyəti yoxlanılmalıdır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Toplum TV”-nin sorğusuna cavab olaraq bildirib ki, agentlik Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilib: “Tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində "etender.gov.az" saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirib”.

““Dövlət satınalmaları haqqında” Qanuna əsasən, tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılmış və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilib”, - açıqlamada deyilir.

İcbari Tibbi Sığorta Agentliyi həmçinin bildirib ki, icarəyə götürülən anbar və ofis 4,3 ha ərazidə yerləşir, ümumi sahəsi isə 12 553,3 kvadrat metrdir: “Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilib. Ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir”.

Sosial

Həftəsonları ictimai nəqliyyat işləyəcək, əyləncə və istirahət mərkəzləri açılır

24 Sentyabr 2021

Sosial Media

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: - istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; - ümumi...
Sosial

Gündəlik yoluxma statistikası açıqlandı

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. Vaksinasiya Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ...
Seçilmiş Videolar