Sosial

Deputatın qardaşı oğluna hökm oxundu

17 Mart, 2021
249

Açıq mənbələrdən götürülüb

Emil Əmiraslanov ayrı-ayrı adamlardan işə düzəltmək adıyla pul alıb

Martın 17-də deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Əmiraslanov 5 il azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Fikrət Qəribovun sədrliyilə çıxarılan hökmə əsasən, Emil Əmiraslanov Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312 (rüşvət verməyə təhrik) maddələrilə təqsirli bilinib. İddia olunur ki, Emil Əmiraslanov müxtəlif vəzifələrə işə düzəltmək, kimisə həbsdən buraxdırmaq adıyla adamlardan pul alaraq, onları aldadıb. Sonradan nə verilən vəsait geri qaytarılıb, nə də vəd olunan iş həyata keçirilib. Cinayət işinin materiallarında Emil Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etdirmək vədiylə birindən 20 min manat, Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək adıyla başqa birindən 12 min manat, həbsdə olan şəxsin azadlığa buraxılması üçün 20 min manat pul aldığı göstərilib. Ümumilikdə 5 nəfərin aldadıldığı iddia olunub. İstintaq və məhkəmə dövründə onlardan üçü ilə razılıq əldə olunub, zərərlər ödənilib.

Emil Əmiraslanov Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsində işləyib. Atası isə Humanitar Kollecin direktoru olub ("Meydan.tv").

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar