Sosial

Dərdlərə çarə ola bilməyən icra hakimiyyətləri

Vüsalə Mikayıl
19 İyul, 2022
254

Açıq mənbələrdən götürülüb

Qazi Yusif Ağaməmmədov Yevlax Rayon İcra Hakimiyyətində qəbuldan qovulduğunu deyir.

Birinci qrup əlil Qarabağ qazisi Röyal Kərimov Qazax Rayon İcra Hakimiyyətindən təkərli araba tələb etsə də, verilməyib.

Qazi Novruz Novruzov yaşadığı qəsəbədə hər hansı bir işlə təmin olunması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət etsə də, icra başçısı Kamal Həsənov onu qəbul edib, dərdini dinləməyib.

Qazi Namid Hüseynov ona qarşı laqeyd münasibətə etiraz olaraq Neftçala Rayon İcra Hakimiyyəti önündə özünə xəsarət yetirib.

Bu, Vətən müharibəsi iştirakçılarının icra hakimiyyətlərindən narazılıqlarının mediada əks-sədasının kiçik bir hissəsidir.

Tələblər fərqli, ünvan isə birdir. Necə olur ki, həm iş, həm müalicə, həm yeni ev-eşik tələbi ilə insanlar aidiyyatı nazirliklərə yox, eyni ünvana – icra hakimiyyətlərinə üz tutur?

Qazi Elvin Cəfərovun İcra Hakimiyyəti önündə canı bahasına başa gələn etirazından sonra “Müharibədən zərərçəkmişlər əslində hara müraciət etməlidir” sualı daha çox düşündürməyə başlayıb.

“Hər şey başçının iradəsindən asılıdır”

Birinci Qarabağ müharibəsi iştirakçısı Əlövsət Əliyev “Facebook” səhifəsində müharibədən zərərçəkmişlərin şikayətə icra hakimiyyətinə getməsini doğru hesab etmədiyini yazır.

“Çünki icra başcısı pensiya vermir, işə götürən, humanitar təşkilat deyil və sair. Şəhid ailəsinin təmsilçisi və ya qazi icra başçısının qəbuluna gedirsə, deməli, idarəçilik sistemində ciddi nöqsanlar var. Deməli mərkəzdə deyil, yerlərdə də tək hakimiyyətlilik hökm sürür, qanunlar icra olunmur, hər şey başçının iradəsindən asılıdır”. 

Prezident sərəncamıyla icra hakimiyyətində şöbə yaradılıb

Amma məsələnin başqa tərəfi var. Prezident İlham Əliyev 2021-ci ilin yanvarında “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

https://toplum.tv/musahibe/ih-sobe-mudiri-problem-muharibe-istirakcilarinin-issizliyidir

Dəyişikliyə əsasən, Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

Şöbənin yaradılmasında məqsəd dövlət xidmətlərinin əlçatanlığını təşkil etməkdir. Həmçinin, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə nail olmaqdır.

İqtisadçı Rövşən Ağayev qazilərin sosial müdafiəsi ilə birbaşa məşğul olan qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) olduğunu söyləyir. Yəni əlillərin, qazilərin sosial müdafiəsi ilə bağlı məsələlərə birbaşa məsul sözügedən nazirlikdir.

İH-nin işi nəzarətdir

“İcra hakimiyyətləri hansısa problemlərin həllində rol oynaya bilər. Onların əsas vəzifəsi nəzarət işləridir. Tutaq ki, Sosial Müdafiə Nazirliyinin yerli şöbələri işlərini nə dərəcədə yerinə yetirir? Hansısa qanunsuzluqlar və problemlər varmı?”

Rövşən Ağayev - Açıq mənbələrdən götürülüb

Ekspert deyir ki, icra hakimiyyətləri istənilən halda nazirliyin işinə birbaşa müdaxilə edə bilməz, ancaq yuxarı qurumlara məlumat verə bilər. Bununla belə, o, Azərbaycan reallığında icra hakimiyyətlərinin hər məsələyə müdaxilə edə bildiyini də əlavə edir:

“İcra hakimiyyətlərinin işi yerlərdə prezidentin səlahiyyətlərinə nəzarətdir. Qanunvericilik nə dərəcədə icra olunur, nə dərəcədə büdcədən ayrılan vəsaitlər gedib təyinatına çatır? Səlahiyyət bölgüsü budur. Birbaşa hansısa vəsait ayırmaq, proqramlar həyata keçirmək icra hakimiyyətlərinin işi deyil. Həm rəsmi, həm də qeyri-rəsmi şəkildə. Buna görə də istənilən problem olanda hamının gözü icra hakimiyytələrinə dikilir. Əslində, bu anormal vəziyyətdir və hər qurumun səlahiyyətləri dəqiq bilinməlidir”.

İcra hakimiyyətinin qaziyə yardım etmək üçün pulu varmı?

Səlahiyyətlər bir kənara, bəs icra hakimiyyətlərinin bu işləri görmək üçün büdcəsi varmı?

2020-2022-ci illər üzrə dövlət büdcəsi xərclərinin təsnifatına baxanda görürük ki, qazilərə yardım göstərilməsi üçün icra hakimiyyətlərinə əlavə vəsait ayrılmır.

2020-ci ildə bu təsnifatda təyinatı o qədər də aydın olmayan sosial yardım qrafasında cüzi məbləğ olsa belə, son iki ildə o da yoxdur.

O zaman qazilərin ad günündə kəsilən tortdan tutmuş, müalicə xərcləri, evlərinə ərzaq yardımı və sair işlər hansı vəsait hesabına görülür?

İcra hakimiyyəti pulu haradan alır?

Ölkə başçısı İlham Əliyev 2019-cu il iyunun 3-də fərman imzalayıb: “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxil olmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”.

Bu qayda vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin müəyyən hissəsinin şəhər və rayonların sərəncamında saxlanılmasına və istifadəsinə dair məsələləri tənzimləyir.

Burada vergilərin proqnozlaşdırılan məbləğinin 10 faizindən artıq olmamaqla yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilən hissəsi başa düşülür.

https://toplum.tv/sosial/bas-prokurorluq-intihar-etmis-qazilerin-sayini-niye-aciqlamir

Sözügedən vəsaitlərdən istifadə istiqamətləri arasında vəsaitin 25 faizinin şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə yönəldilməsi də nəzərdə tutulur. Yəni, icra hakimiyyətləri ancaq rayonun artıq gəlirləri olarsa, onun cüzi bir hissəsini şəhid ailələri və müharibə iştirakçılarına ayıra bilər.

Prezident deyir, böyük işlər görülür

Toplum TV Maliyyə Nazirliyindən hansı rayon və şəhər üzrə proqnozdan artıq büdcədən kənar vəsaitin yarandığını öyrənməyə çalışıb. Maliyyə Nazirliyi sorğuya yaxın günlərdə cavab verəcəyinə söz verib.

Bugünədək, hökumətin diqqətsizliyindən şikayətçi olan 35 qazinin intihar etdiyi bildirilir. Digərləri çarəni hələ ki dövlət qurumlarının qarşısında aksiya etməkdə görürlər.

Maliyyə Nazirliyi - Açıq mənbələrdən götürülüb

Hökumət isə müharibə iştirakçılarına yetəri qədər qayğı göstərdiyini deyir. İyulun 15-də prezident İ.Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə son günlər qazilərin artan etirazlarına, intihar hallarına toxunmasa da, hökumətin gördüyü işlərdən danışıb:

“Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir, müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir... Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.

Sosial

Koronavirusa son sutkada yoluxma sayı açıqlandı

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusa daha 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə avqustun 12-də Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
Sosial

Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq

Roza Məmmədova
12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Mədəniyyət Nazirliyi müsaqibələrdə qalib gələn film ssenarilərinin istehsalata buraxılmamaması ilə əlaqədər tənqidlərə cavab verib. Nazirlikdən “Toplum TV”-nin sorğusuna bildirilib ki, film layihələri aktuallığını itirdiyi üçün ekranlaşdırılmayıb. 2019-cu ilin martında prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb. Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləməyə xərclənməli idi. Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq naməlum səbəblərdən müsabiqələrdə qalib gələn ssenarilər sonra ekranlaşdırılmayıb. https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn...

Seçilmiş Videolar

Toplum TV loqo