Sosial

DETX: Ov edən turistlərin hərəkətləri məhdudlaşdırıldı, post quruldu

26 Mart, 2021
749

Sosial media

Azərbaycanda ov edən iki ərəb turistin cərimələndiyi bildirilir. Bu haqda martın 26-da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ictimayyətə açıqlama verib.

“Bununla bağlı tərəfimizdən iki ərəb turist təqribən 4000 manat civarında ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə edildilər”.
DETX rəisi yasaqlıq ərazisində ərəb turistlərin hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görüldüyünü, ərazidə müxtəlif yerlərdə postlar qurulduğunu bildirib.

“Bu fəaliyyət və araşdırmalarımız davam etdiriləcək" – H.Əlizadə qeyd edib.

Nazirlik rəsmisi həmçinin Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi və heyvanlarla rəhmsiz rəftar barədə KİV-də və sosial mediada deyilənlərə də aydınlıq gətirib: “Bu məlumatlar bizə daxil olanda ilk növbədə araşdırma apardıq. Məlum oldu ki, Acınohur yasaqlığının ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur".

H.Əlizadə ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazə verilməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricində olduğunu da vurğulayıb. O, eyni zamanda baş verənlərlə bağlı həssaslıq nümayiş etdirən şəxslərə minnətdarlıq edib, dövlət qurumlarının səlahiyyətləri daxilində hərəkət etdiklərini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Stiven Siqalın oğlu Rusiya vətəndaşı oldu

24 Mart 2023
Amerikalı aktyor Stiven Siqal və oğlu Dominik “Beş element” şirkətini Rusiyada qeydiyyatdan keçiriblər.  RBK portalının Hüquqi şəxslərin vahid dövlət reyestrinə istinadən yaydığı xəbərdə belə deyilir. Məlumatlara görə, 33-yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığı alıb. Nizamnamə sənədləri “Beş element” şirkətinin uşaqlar üçün içməli su və alqokolsuz içki istehsalı üzrə ixtisaslaşdığını göstərir. Onun hüquqi ünvanı isə Moskvada Matrosskaya Tişina küçəsi göstərilib. Stiven Siqala 2016-cı ildə vətəndaşlığı şəxsən Prezident Vladimir Putin təqdim edib. Kreml bəyan edib ki, Rusiya prezidentinə, Ukraynanın Krımı ilhaq etməsinə açıq dəstək bildirən aktyor “uzun müddət müvafiq xahişlə müraciət edib”. İki il sonra Siqal fərdi sahibkar kimi qeydiyyatdan...
Sosial

Oqtay Əliyev yol qəzasında həyatını itirdi

22 Mart 2023
Əməkdar mədəniyyət işçisi, televizya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.  Report xəbər verir ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.  Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, mərhumun həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. Hadisənin Abşeron rayonu ərazisində baş verdiyi bildirilir. TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib...

Seçilmiş Videolar

Toplum TV loqo