Sosial

“Deyirlər, pulsuz dərman paketi yalnız şəhid və qazi ailələrinə verilir” 

30 Avqust, 2021
964

Vətəndaşlar “qaynat xətt”ə düşə bilmədiklərini deyirlər. 
 
“Evdə müalicə olunan koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş pulsuz dərman paketi verilmir. Deyirlər ki, guya şəhid ailələri və qazilərə paylanılır. Belə bir məsələdə şəhid və qazinin adından istifadə edilməsi insanların hissləri ilə oynamaqdır”. 
 
Bunu Meydan TV-yə Bakı şəhər sakini Aygül Hüseynova yazıb. Onun sözlərinə görə, qeydiyyatda olduğu 26 saylı poliklinikadan belə deyiblər. 
 
“Ailəlikcə koronavirusa yoluxmuşuq. Evdən çıxmağa icazə verilmir, təcili yardım qızdırması 38-dən aşağı olan çağırışlara gəlmir. Poliklinika həkimi telefonda məsləhət verir. Səhiyyə Nazirliyinin “qaynar xətt”i daim məşğul göstərir. TƏBİB-in “qaynar xətt”i isə ümumiyyətlə xəstələrin əsəbi ilə oynayır”, - şikayətçi deyib. 
 
A.Hüseynova qeyd edib ki, TƏBİB-in “qaynar xətt”ində avtomat əvvəlcə gözləmə sırası və dəqiqəni deyir: “Təxminən 30-40 dəqiqədən sonra sıra çatanda yenidən avtomat əvvəlki sıra və vaxta qayıdır, beləliklə, günün sonunadək gözləməyə məcbur qalırsan. Heç bir qurumun sosial şəbəkədəki mesaj bölümünə, eləcə də rəsmi səhifələrinə yazılanlar cavablandırılmır”. 
 
“Qaynar xətt”in fəaliyyətsizliyindən bir müddət əvvəl jurnalist Xalid Vahidoğlu da öz “Facebook” hesabı vasitəsilə şikayətlənmişdi. 
 
Daha bir koronaviruslu xəstə isə Meydan TV-yə şikayətində dərman paketinin içərisindən D vitamininin götürüldüyünü qeyd edib: “Poliklinikanın sahə həkimi dərmanı verəndən sonra yoxa çıxdı, suallara cavab tapa bilmirik”. 
 
26 saylı poliklinikadan məsələ ilə bağlı cavab vermək istəməyiblər. Özünü Günel Məmmədova kimi təqdim edən poliklinika əməkdaşı isə deyib ki, onlara dərman paketinin şəhid ailələri və qazilərə verilməsi üçün şifahi tapşırıq verilib: “Poliklinika həkimi özbaşına qərar vermir. Dərman olduqca az sayda verilir, xəstə isə çoxdur”. 
 
Adının açıqlanmasını istəməyən həkimlərdən biri də deyilənləri təsdiqləyib: “Burada poliklinikaların günahı yoxdur. Dərmanlar az sayda verilir və tapşırılır ki, yalnız şəhid və qazi ailələrinə, bir də səs-küy salan xəstələrə paylansın”. 
 
Həkim əlavə edib ki, hamı onlardan, onlar isə İcbari Tibbi Sığorta Agentliyindən şikayətçidirlər: “Koronavirusa qarşı peyvənd edən tibb heyətin maaşlarna əlavələr nəzərdə tutulmayıb. Halbuki biz də həyatımızı təhlükə qarşısına qoyuruq. Lakin heç kim maraqlanmır”. 
 
Tibbi Klinik Mərkəzin (“Semaşko”) ginekologiya şöbəsinin həkimi isə Meydan TV-yə deyib ki, son 10-15 gündə koronavirusa yoluxan hamilə qadınların sayı artıb.  
 
“Xəstəxanalarda yer yoxdur, evdəki xəstələr isə vaxtında və düzgün müalicə ala bilmirlər. Təəssüf ki, hamilə qadın ölümləri də qeydə alınır. Təxminən 10 gün əvvəl 8 aylıq hamilə qadının ölümündən xəbər tutduq. İlyarımdır pandemiya davam edir, həkimlərin kifayət qədər təcrübəsi var, amma sistem doğru qurulmayıb. Xüsusilə evlərdə müalicə alanlar taleyin ümidinə buraxılıb. TƏBİB yalnız xəstəxanalardakı müalicəyə cavabdeh olduğunu açıqlayır. Amma xəstənin yerləşdirilməsi üçün yerləri onlar müəyyən edirlər. İlyarımdır nəinki xəstələr, hətta həkimlər belə üç qurumun arasında qalıb, məsuliyyəti bir-birinə yükləyirlər”, - həkim danışıb. 
 
Səhiyyə Nazirliyi dərman paketi ilə bağlı şikayətlərə cavab verməyib. TƏBİB-in mətbuat xidmətindən isə Meydan TV-nin yazılı sorğusuna belə cavab verilib: “Məlumat üçün bildiririk ki, Bakı şəhəri üzrə TƏBİB virusa yoluxmuş şəxslərin yalnız stasionar müalicəsi ilə məşğuldur. Amblator müalicə, Təcili Tibbi Yardım xidməti və poliklinikaların evdə müalicəsi(dərmanla təmin etmə) ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz”. 
 
“Qaynar xətt”in fəaliyyətsizliyi ilə bağlı sorğuya isə cavab belədir: “TƏBİB-in müstəqil qaynar xətti fəaliyyət göstərmir”. 
 
Sözügedən “qaynar xətt”in ötən ilin fevralında yaradıldığı ilə bağlı mediada məlumat verilmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo