Sosial

DİM sorğumuza cavab verdi, nazirlikdən səs çıxmır

Roza Məmmədova
19 Mart, 2021
181

Martın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) “Toplum TV”-nin martın 12-də göndərdiyi informasiya sorğusuna cavab verib.

Qurum martın 10-da 5-11-ci sinif “Русский язык”, “Литература” və “Fizika” dərsliklərinin elmi-metodiki monitorinqini apardığını açıqlamışdı:

“Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib”.

21 dərsliyin monitorinqiylə bağlı ətraflı məlumat əldə etmək üçün göndərdiyimiz sorğuda DİM-dən bunları soruşmuşduq.

"Qeyd edilən mübahisəli məqamlar hansılardır? Dərsliklərdə hansı səhvlər aşkarlanıb? Ötən il hansı dərsliklərdə və neçə dəfə monitorinq aparılıb?"

Qurumun bir həftə sonra göndərdiyi cavabsa belə olub (Mətni redaktəsiz təqdim edirik):

“jurnalist Roza Məmmədovaya! 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, bakalavriat səviyyəsi üzrə və hərbi liseylər üçün qəbul imtahanlarının məzmunu ilə bağlı materiallar (proqramlar, imtahan modelləri) respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan fənn kurikulumları və dərsliklər əsasında hazırlanır. Ona görə də hər il dərsliklərin elmi-metodiki monitorinqi aparılır. 

DİM tərəfindən dərsliklərin elmi-metodiki monitorinqi iki istiqamətdə həyata keçirilr. 

İstiqamətlərdən biri Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə bütün ümumtəhsil müəssisələri üçün dərslik komplektlərinin nəşrəqədərki layihələrinin elmi-metodiki monitorinqi və qiymətləndirilməsinin aparılmasıdır. 

Məlumat üçün demək olar ki, bu tədris ili üçün Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin 1, 2, 5 və 9-cu sinifləri üçün yenidən təkmilləşdirilmiş dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin (Azərbaycan və rus bölmələri üzrə birlikdə) elmi metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb. “Dərsliklərin qiymətləndirilməsi meyarları”na uyğun olaraq hər bir dərslik komplektinin layihəsi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, müəllim üçün metodik vəsaitin məzmunu baxımından təhlil edilərək rəylər hazırlanıb və Təhsil Nazirliyinə göndərilib. 

Digər istiqamət respublikanın ümumtəhsil məktəblərində istifadədə olan 5-11-ci sinif dərsliklərinin elmi-metodiki monitorinqinin aparılmasıdır. Monit Müstəqil orinq nəticəsində qüvvədə olan dərsliklərlə abituriyentlərin keçdikləri dərsliklər müqayisə edilir. İmtahanların keçirilməsi üçün hazırlanan proqramlara hər iki dərslikdə eyni olan mövzular salınır. Aşağı sinif dərsliklərinə yeni salınmış və ya dərsliklərdən çıxarılmış mövzular proqramlara salınmır. Məzmun uyğunsuzluqları test bankının təkmilləşdirilməsində, imtahanlar üçün sual kitabçalarının formalaşdırılmasında nəzərə alınır”.

Sözügedən monitorinqin sifarişçisi olmuş Təhsil Nazirliyi isə sorğumuza cavab verməməkdə davam edir.

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar