Sosial

DİN baş həkimin mağazadan oğurluq etməsi barədə məlumatları araşdırır

25 Noyabr, 2021
85

Rəsmi səhifə

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır.

Bu barədə noyabrın 25-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Elşad Hacıyev məlumat verib. 

O bildirib ki, həmin mağazadan Masallı rayon polis şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb: "Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır".

Sosial

Xarici ölkələrdə təhsil alanların diplomu tanınmadı

3 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyə Respublikasından 106, Rusiya Federasiyasından 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliya Respublikasından 6, digər ölkələrdən isə...
Sosial

Azərbaycan Ordusunun giziri həlak oldu

3 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub. Bu barədə dekabrın 3-də Müdafiə Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Seçilmiş Videolar