Açıq mənbələrdən götürülüb
"Mənə insanlığa yaraşmayan işgəncələr göstəriblər, təhqir olunmuşam. Mənə təcavüz ediblər".
"Müsəlman Birliyi" Hərəkatının (MBH) üzvü, inanclı fəal Elgiz Məmmədov iyunun 19-da "Osmanqızı TV"-nin canlı yayımında bu sözləri deyib.
E. Məmmədov bildirib ki, ötən ayın 20-də yoldaşları ilə birgə MBH-nın digər üzvü Razi Hümbətovun məhkəməsində iştirak etmək istəyərkən polislər onlara mane olub. Bundan sonra polis əməkdaşları onları 22-ci polis bölməsinə aparıb.
https://toplum.tv/multimedia/taleh-bagirzadenin-sehheti-pislesib
"Bölmədə olduğumuz müddətdə polislər bizə hörmət göstəriblər, yemək alıb veriblər, namazımızı da qılmışıq. Ordan da bizi məhkəməyə aparıblar. Amma məhkəmədə elə təqdim ediblər ki, biz guya polisə müqavimət göstərmişik".
Elgiz Məmmədov iddia edir ki, məhkəmədən çıxarkən binanın həyətində mülki geyimlilər onun başına torba keçirib, polislərin yanından qaçırıblar: "Mənə dedilər ki, de, məhkəməyə getdiyin üçün peşmansan, bir də getməyəcəksən. Mən də soruşdum ki, niyə? Mən sadəcə din qardaşımın yanında olmaq istəyirəm".
"Bunu mənə kimlər edib, bilmirəm. Təkcə onu bilirəm ki, mənim yanımda polislər var idi. Məni polisin əlindən kim alıb apara bilərdi ki?",- fəal belə söyləyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Toplum TV”-yə məsələdən xəbərdar olduğunu söyləyib. O bildirib ki, fəalın iddiaları absurddur və həqiqəti əks etdirmir.
"Araşdırmalar davam edir", - deyə nazirlik rəsmisi qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür