Rəsmi səhifə
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edib.
Bu barədə sentybrın 17-də qurumdan verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.
"Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftə sonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar. Qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün zəruru işlərini həftə sonlarına saxlamasınlar.
Bir daha aidiyyəti şəxslərin nəzərinə çatdırırıq ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək", - nazirliyin məlumatında bildirilib.
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?