Sosial

DİN-in İmam Mehdi kimi təqdim etdiyi şəxsin sahibkar olduğu ortaya çıxdı 

24 Avqust, 2021
409

Meydan TV

Soyğunla bağlı polisə müraciət edən Aqil SoyğunlaBabayevin özünə cinayət işi açılıb 

İyunun əvvəlində hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıda soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul, küllü miqdaqda qızıl-zinnət əşyaları aparıldığını deyən sahibkar Aqil Babayevin özü həbs edilib. 
 
Aqil Babayev avqustun 4-də həbs edilsə də, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi avqustun 24-də onun həbsi ilə bağlı birgə məlumat yayıblar. Həmin məlumatda deyilir ki, Aqil Babayev özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, onlarla insanı aldadıb. Onun haqqında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. 
 
Aqil Babayevlə bağlı araşdırmalar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. 
 
İddia olunur ki, Aqil Babayev inanclı insanların etibarını qazanaraq, illər ərzində onların pulunu mənimsəyib. 
 
“Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salaraq, hər ay ona pul ödənilməsinə inandırıb. Topladığı vəsaitlərin kasıb insanlara paylanıldığı görüntüsü yaradıb. Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb”, - Baş Prokurorluq və nazirliyin rəsmi məlumatında belə deyilir. 
 
Ümumilikdə 50-dən artıq zərərçəkənin olduğu bildirilir, bu rəqəmin artacağı istisna olunmur. 
 
Zərərçəkənlərdən Xəyal Mustafayev iddia edir ki, Aqil Babayev onun sözünə əməl etməyən, bəzən işi vaxtından gec icra edən şəxslərə qarşı zor tətbiq edib: “Məsələn, mən ustayam, bir işi gec yerinə yetirəndə şallaqlayırdı. Əsasən bel nahiyəsindən vururdu ki, iz görünməsin. Xəsarətlərə görə günlərlə uzana bilmirdik”. 
 
Faiq Abdullayev iddia edir ki, Aqil Babayev onu “zühur etmiş İmam Mehdi” adıyla aldadaraq, illər ərzində ümumilikdə 420 min manat pulunu ələ keçirib. 
 
“Sonradan başa düşdük ki, bu insan heç yerdə işləmədən villalarda yaşayır, yaxşı güzəran sürür. Aydınlaşdırdıq ki, bizi aldadır", - zərərçəkənlər bildirib. 
 
Aqil Babayevin ünvanına səslənən ittihamlara münasubəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Onun “Şaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən olduğu deyilir. “Şaurma N1”dən Meydan TV-yə öncə “bu barədə məlumat verə bilmərik” deyilsə də, sonradan belə bir adamı tanımadıqlarını bildiriblər. Amma Aqil Babayevin yaxınları “Unikal.org” saytına həbs barədə danışıblar . 
 
Aqil Babayevin həyat yoldaşı Nigar Babayevanın sözlərinə görə, oğurluq hadisəsindən əvvəl əri Buzovnadakı bağ evində girov saxlanılıb, onun telefonundan ailəsinə mesaj göndərilib və evindən pul, zinət əşyaları götürülüb: 
 
“Həyat yoldaşım soyğunçuluq faktı üzrə 102-yə və yuxarı instansiyalara şikayət etsə də, bugünədək gəlib nə hadisə yerindən əl izləri götürülüb, nədəki hadisə şahidi olaraq məni dindiriblər”,- deyə N. Abbasova bildirib. Onun sözlərinə görə, əksinə şikayətdən sonra soyğunçuluğu törədən şəxslər həyat yoldaşına qarşı yalançı şahidlər toplayıb, A. Babayevə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılaraq həbs edilib. Aqil Babayevin ailə üzvüləri iddia edir ki, onun milyonlarla pulunu quldurluq yolu ilə aparan şəxslər uzun illər Aqillə dostluq edən, Bakı şəhərindəki ticarət şəbəkələrindən birinin sahibidir. 
 
Həmin şəxsin “Şaurma N1” ticarət şəbəkəsinin sahibi Natiq Sadıqov olduğu bildirilir. “Şaurma N1”-dən Meydan TV-nin bununla bağlı sualına da cavab verilməyib. 
 
Aqil Babayevin bacısı Mətanət Babayeva qardaşının soyğunçuluğa məruz qaldığı, böhtan atılaraq həbsə atıldığı və işinə ədalətli baxılmadığı barədə prezidentə müraciət edib: 
 
"Cənab prezident, Siz həmişə çıxışlarınızda demisiniz ki, sahibkarlar şikayətlərini mənə desinlər. Qardaşım, sahibkar Aqil Babayev bir qrup şəxs tərəfindən girov götürülərək soyğunçuluğa məruz qalıb. Üzərinə böhtan atılaraq həbs edilib. Biz aidiyyatı orqanlara müraciət etsək də, iki aydır ki, qardaşım günahsız yerə həbsdədir. Sizdən xahiş edirəm ki, qardaşımın işinə ədalətli baxılmasına kömək edəsiniz. Zərərçəkmiş tərəf biz olsaq da, nəinki qardaşımın evini soyanlar cinayət məsuliyyəyinə cəlb edilir, bu azmış kimi qardaşım şər-böhtanla həbs edilib. Son ümidimiz sizsiniz, cənab prezident. Bizə kömək edin!” ("Meydan TV")

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar