Sosial

DİN: "Saxta COVID-19 pasportu alanlar məsuliyyətə cəlb ediləcək"

31 Avqust, 2021
197

Açıq mənbələrdən götürülüb

"Yalnız saxta COVİD pasportları satan vəzifəli şəxslər deyil, həmçinin saxta pasportları alan və bu saxta sənədləri verməyə təhrik edən şəxslər də məsuliyyətə cəlb olunacaq".
 

Bunu "Turan"a Azərbaycan DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
 
O bildirib ki, saxta COVİD pasportunu alan şəxslər, onları təhrik edən şəxslər tam olaraq istintaq araşdırmaları ilə yoxlanılır: "Hər hansı formada saxta COVİD pasportu alan və həmin saxta pasportun alınmasına təhrik edən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər davam etdirilir".
 
"Cinayət qanunvericiliyinə uyğun olaraq istintaq araşdırmaları ilə həmin şəxslərin əməlləri tam sübuta yetirildikdən sonra barələrində müvafiq qərarlar veriləcək”, - deyə Hacıyev bildirib.

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar