Sosial

Dindarlar "Allahı təhqir edənlər cəzalandırılsın" şüarına görə saxlanılıb

20 İyun, 2022
131

Turan

Üç dindar - Yasin Əhmədov, Vüqar Əliyev və Nicat Əliyev Sumqayıt şəhərində ictimai yerdə "Allahı təhqir edənlər cəzalandırılsın!" şüarı yazdıqdan sonra polis tərəfindən saxlanılıb.

"Turan"-ın məlumatına görə, hadisə iyunun 18-də baş verin. 

Növbəti gün məlum olub ki, Sumqayıt şəhər məhkəməsi Əhmədovu 10 gün müddətinə həbs edib, amma həbs cəzasının hansı hüquqpozmaya görə verildiyi məlum deyil.

https://toplum.tv/multimedia/taleh-bagirzadenin-sehheti-pislesib

Vüqar Əliyev və Nicat Əliyev Sumqayıt polis bölmələrində saxlanılırlar. Bu gün, iyunun 20-də onların da məhkəməyə çıxarılacaqları gözlənilir.

Vüqar Əliyev bir müddət əvvəl "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadənin dindarların dindirilməsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq elan etdiyi aclıq aksiyasına qoşulub.

Aclıq aksiyasını həbsxanalarda ondan çox məhbus və azadlıqda olan bir neçə şəxs dəstəkləyib.

DİN polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır.

Sosial

Əsgərin özünü öldürdüyü bildirilir

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib    Bu barədə iyulun 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, 5 iyul saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb. Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.     Hazırda istintaq aparılır.  Rəvan Tağıyevin Yevlaxın Salahlı kənd sakini olduğu, hadisənin Laçında baş verdiyi bildirilir.   
Sosial

Koronavirusa yoluxanların sayı artır

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 6-da verilən məlumata görə, ölən yoxdur. İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.

Seçilmiş Videolar

Toplum TV loqo