Sosial

Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb

Günel Manaflı
9 İyun, 2022
1796

Toplum TV

Keçmiş döyüşçü, məmurların onu aldatdığını bildirir

“Toplum TV”-nin Qaynar Xəttinə müraciət edən Birinci Qarabağ müharibəsi veteranı Kəmalə Namazlı Qazax bələdiyyəsinin sədri Tofiq Orucov və rayonun icra başçısının birinci müavini Məmməd Alıyev tərəfindən aldadıldığını iddia edir.

“1990-cı ildə könüllü müharibəyə gedib taborun tibb məntəqə rəisi işləmişəm. 1999-cu ilə qədər burada xidmət edib kəllə-beyin travması ilə təxlis olunmuşam. 2015-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun göstərişi ilə Qazaxda torpaq sahəsi ala bilmək üçün növbəyə durdum. 2017-ci ildə Qazax rayonunda “Ərik bağları” deyilən ərazi hərraca çıxarılanda məndən 6 sot torpaq üçün 6 min manat pul istədilər. Mən dövlət rüsumunun bu qədər olmadığını bildirdim. Bələdiyyə sədri Tofiq Orucov isə dedi ki, sənin bu torpağı nə almağa, nə də tikdirməyə imkanın var, gəl növbəni bələdiyyəyə ver, biz də sənə sığınacaq verək. Mənə sığınacaq kimi doğum evinin arxa tərəfindəki iki otaq, bir mətbəxi olan laboratoriyanı göstərdilər, razılaşdım”.

Kəmalə Namazlı - Toplum TV

Şikayətçinin sözlərinə görə, torpaq növbəsindən imtina edib, vəd edilən ünvanda yaşamağa razılaşsa da, sonradan ona Qazax rayonunda beşmərtəbəli binada yaşamaq mümkün olmayan kiçik bir otağı vermək istəyiblər: “Mənə göstərdikləri həmin evdə heç ayaqyolu, mətbəx belə yoxdur. 17 yaşında bir oğlum var. Üçün üç yarıma olan təmirsiz, heç nəyi olmayan bir yerdə necə yaşayaq?! Hazırda Şəmkirdə kirayədə yaşayıram. İllərdir işsizəm. Övladıma baxa bilmək üçün 2016-cı ilin yanvarında böyrəyimi satmışam”.

Şikayətçi deyir ki, bələdiyyə sədrindən əvvəl vəd olunan sığınacağı tələb etdikdə, ona həmin binanın Səhiyyə Nazirliyinin balansında olduğu cavabı verilib.

“Necə olur ki, 2017-ci ildən 2021-ci ilə qədər Səhiyyə Nazirliyinin balansında olmayan ərazi birdən-birə nazirliyin balansında olur? Hazırda həmin ərazidə 3 özəl diş klinikası fəaliyyət göstərir. Həmin diş klinikasının arendası hara gedir? Hazırda həmin bina satışdadır”.

Müharibə veteranı növbəyə durduğu torpağın ona verilməsini tələb edir.

“Hazırda “Ərik bağları” adlanan həmin ərazidə tikilən evlərin hamısı villadır. Ora Qazaxda “Milyarderlər məhəlləsi” adlanır. Qazaxın bütün məmur heyətinin evləri orada yerləşir”,- Kəmalə Namazlı belə deyir.

Şikayətçi məsələ ilə bağlı Şəmkir rayon məhkəməsinə müraciət etsə də, sonradan şikayətini geri götürdüyünü qeyd edir: “Şəmkir rayon məhkəməsinin  nəzdində bələdiyyələrlə iş üzrə büro var. Ora mənim şikayətimlə bağlı Bakıdan nümayəndə gəldi və Tofiq Orucovu Şəmkirə çağırıb dedi ki, Kəmalə xanımı razı salın, ərizəsini geri götürsün. Tofiq Orucov mənim yanımda Qazax rayon icra başçısının birinci müavini Məmməd Alıyevə zəng edib mənə sığınacaq verilməsini istədi. O da qəbul etdi. Beləcə şikayətimi geri götürdüm. Amma vədlərinə əməl etmədilər. Şikayətimlə bağlı prezidentə məktubla müraciət etmişəm ki, məni qəbul edin, Qazax rayon icra başçısının birinci müavini Məmməd Alıyevin bu günə kimi etdiyi özbaşnalıqları açıqlayım. Ancaq məni qəbul etməyib elə Məmməd Alıyevin özünə yönləndirdi”.

Açıq mənbələrdən götürülüb

Qazax bələdiyyəsinin sədri Tofiq Orucov “Toplum TV”-yə açıqlamasında deyilənlərdən məlumatsız olduğunu, şikayətçinin yalan danışdığını bildirib.

“Kəmalə xanımın dedikləri yalandır. Onlar İcra Hakimiyyətinin, dövlətin binalarıdır. Doğum evi də Səhiyyə Nazirliyinindir. Bələdiyyə ev verəndir?! Kəmalə xanımı yaxşı tanıyıram, köhnə hərbçidir. O hərbçi kimi pulsuz torpaq almaq istəyirdi. Qanunvericilikdə göstərilir ki, kim Azərbaycan ordusunda 15 il xidmət edibsə, ona pulsuz torpaq verilir. Əlimizdə Kəmalə xanımın torpaqdan imtina ərizəsi var. Mən xanımın dediyi ittihamları qəbul etmirəm. Ona heç bir sığınacaq təklif etməmişəm”, - bələdiyyə sədri söyləyib.

Səslənəndirilən iddialarla bağlı münasibət almaq üçün Qazax rayon icra başçısının birinci müavini Məmməd Alıyevə dəfələrlə zəng etsək də, telefonlara cavab vermədi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo