Sosial

DSX-nin hərbçiləri saxlanılıb

22 İyul, 2022
159

Açıq mənbələrdən götürülüb

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

Bu barədə iyulun 22-də qurumun Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilir ki, iyul ayının 21-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 bağlama aşkar olunub.

"Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulan şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən DSX-nin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib".

Hadisə yerində götürülən bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitə müəyyənləşdirilib.

Məlumata görə, cinayətin təşlikatçısı olan Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisənin digər iştirakçıların müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir. 

Sosial

Son altı ayda yol qəzalarında 58 nəfər ölüb 

Aytac Məmmədli
16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Son altı ayda yol-nəqliyyat hadisələrinin 63,8 faizini (146 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə, 58 nəfər həlak olub, 99 nəfər xəsarət alıb.     Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli "Toplum TV"-nin sorğusuna cavab olaraq bildirib.    Onun sözlərinə görə, hadisələrin 15-i piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.   https://toplum.tv/sosial/baki-yollarindaki-xaosdan-cixis-yolu-varmi-manatliq-taksi-lerle-bagli-qerar-verilecek   "Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri daha çox Fətəli Xan Xoyski,  Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və “8 Noyabr” prospektlərində qeydə alınıb. Piyadalar çox səhlənkarlıq edirlər. Bu isə yol infrastrukturunun düzgün qiymətləndirilməməsinin nəticəsidir", - R. Əhmədli qeyd edib. Rüstəm...
Sosial

Füzulidə sərhədi qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda sərhədi qanunsuz keçmək istəyən 10 Şri-Lanka vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.  Bildirilir ki, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DSX “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. https://toplum.tv/siyaset/dsx-generalindan-qazaxin-7-kendi-ile-bagli-aciqlama "Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə...

Seçilmiş Videolar

Toplum TV loqo