Sosial

DTX: ““Azəri Camaatı” qruplaşmasına üzv olan azərbaycanlı həbs olunub

20 May, 2022
788

DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdəşübhəli bilinən şəxsi həbs edib.

Bu barədə mayın 20-də DTX məlumat yayıb.

Məlumatda qeyd olunub ki, əvvəllər silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilmiş, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş Akif Osmanov dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

"Aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasında təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib", - DTX bildirir.

Qurumunun xəbərində deyilir ki, Akif Osmanov şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Stiven Siqalın oğlu Rusiya vətəndaşı oldu

24 Mart 2023
Amerikalı aktyor Stiven Siqal və oğlu Dominik “Beş element” şirkətini Rusiyada qeydiyyatdan keçiriblər.  RBK portalının Hüquqi şəxslərin vahid dövlət reyestrinə istinadən yaydığı xəbərdə belə deyilir. Məlumatlara görə, 33-yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığı alıb. Nizamnamə sənədləri “Beş element” şirkətinin uşaqlar üçün içməli su və alqokolsuz içki istehsalı üzrə ixtisaslaşdığını göstərir. Onun hüquqi ünvanı isə Moskvada Matrosskaya Tişina küçəsi göstərilib. Stiven Siqala 2016-cı ildə vətəndaşlığı şəxsən Prezident Vladimir Putin təqdim edib. Kreml bəyan edib ki, Rusiya prezidentinə, Ukraynanın Krımı ilhaq etməsinə açıq dəstək bildirən aktyor “uzun müddət müvafiq xahişlə müraciət edib”. İki il sonra Siqal fərdi sahibkar kimi qeydiyyatdan...
Sosial

Oqtay Əliyev yol qəzasında həyatını itirdi

22 Mart 2023
Əməkdar mədəniyyət işçisi, televizya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.  Report xəbər verir ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.  Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, mərhumun həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. Hadisənin Abşeron rayonu ərazisində baş verdiyi bildirilir. TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib...

Seçilmiş Videolar

Toplum TV loqo