Sosial

Dünya tarixində qətliamlar və soyqırımları – 3-cü hissə

Aytac Məmmədli
31 Mart, 2021
1358

The Denver Post

Erməni “soyqırımı" 

Ermənilər iddia edirlər ki, Osmanlı imperiyası 1915-ci ildə onlara qarşı soyqırımı həyata keçirib. Amma  Türkiyə bu iddiaları qəbul etmir, əksinə, ermənilərin türklərə qarşı vaxtaşırı qırğınlar törətdiyini bəyan edir. 

“Birinci Dünya Müharibəsi ərəfəsində tənəzzülə uğrayan Osmanlıda iki milyon erməni var idi. 1922-ci ildə isə onların sayı 400.000 nəfərədək azalmışdı. Tarixçilərin dediyinə görə, təxminən 1,5 milyon insan soyqırım nəticəsində ölüb. Ancaq türklərə görə, baş verənlər dağılmaqda olan ölkənin sonunu yazan uğursuz müharibənin bir parçası idi. Türklər iddia edirlər ki, bu hadisələr əvvəlcədən düşünülməyib və bir xalqı yox etməsin yönəlmiş sistematik cəhd deyil” - "Nyu-York Tayms" qəzetinin “1915-ci il Erməni soyqırımı” məqaləsində belə yazılıb (1). 

Həmin hadisələrlə bağlı bir çox faktın hələ araşdırılmadığını bildirən Türkiyə tarixçiləri isə vurğulayırlar ki, Birinci dünya müharibəsi ərəfəsində ermənilər ruslara qoşulub Osmanlıya qarşı savaş açdıqlarına görə dövlət 1915-ci ildə "Köç" qərarı çıxarıb. Ermənilərin “soyqırımı günü” elan etdikləri 1915-ci il aprelin 24-də inqilabi erməni komitələri bağlanıb, komitəyə üzv olan 235 nəfər həbs olunub. Türk mənbələrinin yazdığına görə bu şəxslər əslində dövlətə qarşı çıxmış suçlular olub (Bilal N.Şimşir, “150 illik erməni kədəri”) (2). 

"Köç" qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə köçürülməsini nəzərdə tutsa da, hadisələr başqa cür cərəyan edib. Köç karvanlarına edilən hücumlar, o cümlədən aclıq və xəstəlik nəticəsində ermənilərin yalnız bir qismi təyin olunmuş məntəqələrə yerləşdirilə bilib. 

The International Center for Transitional Justice

Türkiyəli tarixçı İlbər Ortaylı “Soyqırımı iddialarının arxasındaki gerçəklər” məqaləsində bu məsələyə belə aydınlıq gətirib: “1915-ci ildəki erməni deportasiyası mümkün erməni üsyanına qarşı qəbul edilən bir tədbir deyil, bu məqam çox vacibdir. Günün şərtləri ermənilərin deportasiyasını qaçılmaz etmişdi. Məcburi köç düşmən ordusu ilə birlikdə qiyama hazırlaşan ermənilərə qarşı alınan qərardır” (3). 

Tarixçi həmçinin qeyd edir ki, deportasiya qərarı Osmanlı ordusunun təhlükəsizliyini təmin etməyi və mümkün erməni-müsəlman davasının qarşısını almağı hədəfləyib. 
“”Soyqırımı” sözü İkinci dünya müharibəsindən sonra əhəmiyyət qazandı və erməni hadisələriylə bağlı tez-tez təkrarlanmağa başlandı. Bunun bir çox səbəbi var: “Holokost”u törədən alman-fransız dairələri öz cinayətlərini paylaşmaq üçün tarixi ortaq axtarırdılar. Ermənilər də iddialarını yəhudilər kimi uğurla qəbul etdirəcəklərini düşünərək bu konsepsiyadan dörd əllə yapışdılar” - İ.Ortaylı belə yazır.

O, həmçinin qeyd edir ki, “1915-ci il hadisələri yanlış siyasətin, xarici təxribatın nəticəsi idi və acı tarix səhifələrində yer alır. Bu məsələləri sakitcə araşdırmaq və doğru nəticələrə gəlmək lazımdır”.

Türkiyə tarixçiləri Osmanlı dövlətinin ermənilərə qarşı planlı şəkildə soyqırımı siyasəti həyata keçirmədiyini əsaslandırmaq üçün həmin dövrdə kütləvi qırğınlarda iştirak etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi faktına istinad edirlər – o zaman əyalətlərdə yaradılmış Hərb Divanı məhkəmələrində 1915-ci ilin sentyabrından 1916-cı ilin iyununa qədər 1673 nəfərin işinı baxılıb, onlardan 524 nəfəri həbs edilib, 67-si edam olunub, 68 nəfəri  haqqında sürgün qərarı çıxarılıb. 1918-ci ilə qədər fasilələrlə aparılan məhkəmələrdə cəzalandırılanların sayı artaraq 1397 nəfərə çatıb (4)(5).

The Guardian

1915-ci il hadisələrini soyqırımı kimi tanıyan ilk ölkə Uruqvay olub (1965). Ermənilər tərəfindən 1950-ci illərdən başladılan təbliğat kampaniyası sayəsində sonrakı 45 il ərzində 19 ölkə, o cümlədən ABŞ-ın 49 ştatı və paytaxt Vaşinqtonun Kolumbiya bölgəsi qərar və ya bəyanat şəklində soyqırımı iddiasını qəbul edib. 
İsveçrədə bunu fakt olaraq qəbul etməmək cinayət məsuliyyəti yaradır. 2011-ciildə Fransa Senatının alt palatası da "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib, ancaq 2012-ci ildə Senat 167 səslə layihəni rədd edib. 

Yəhudi soyqırımı – “Holokost”

“Holokost” ( “Ha-Shoa”, ivritcə - fəlakət) İkinci dünya müharibəsində 6 milyona yaxın yəhudininin Almaniya tərəfindən sistemli şəkildə məhv edilməsinə verilən addır. 

Yəhudilərin soyqırımı II Dünya müharibəsi ilə eyni vaxtda, 1939-cu il sentyabrın 1-də başlayıb. 

1939-cu ildən Almaniyada yaşayan bütün yəhudiləri Polşadakı gettolara yerləşdirməyə başlayıblar. Aclıqdan, soyuqdan və epidemiyalardan çox sayda insanın öldüyü gettolarda ölüm halları o qədər adiləşib ki, səkilərdə can verənlərin və cəsədlərin olması sıradan həyat hadisəsinə çevrilib.

The New York Times

1941-ci ildən etibarən bütün yəhudiləri üzərlərində “Davud ulduzu” simvolunu daşımağa məcbur ediblər,  Almaniyadakı yəhudilərin evlərinə ya "Burada yəhudi yaşayır" yazısı, ya da “Davud ulduzu” şəklini yapışdırıblar. Onları başqa düşərgələrə aparmaq adıyla qapalı yük maşınlarına doldurub zəhərli qaz buraxaraq öldürüblər. Sonrakı mərhələdə yəhudiləri kütləvi şəkildə “Ölüm fabrikləri”ndə, “Tsiklon B” qazıyla məhv ediblər (6).

Müharibədən sonra - 1945-ci ilin yayında dörd müttəfiq dövlət (Sovet Rusiyası, Amerika, İngiltərə, Fransa) Londonda Beynəlxalq Hərbi Tribunal yaradıblar. Yəhudi soyqırımını insanlığa qarşı cinayətlər sırasına daxil edən tribunal “Holokost” da daxil olmaqla, İkinci dünya müharibəsində törətdikləri cinayətlərə görə nasistlərin mühakimə edilməsinə məsul idi. 

Holocaust Encyclopedia

İlk məhkəmə prosesi 1946-cı ildə Almaniyanın Nürnberg şəhərində keçirilib və burada öldürülən yəhudilərin sayının 6 milyon olduğu açıqlanıb. Nasistlər üçün məhkəmə prosesləri 21-ci əsrdə də davam etdirilib (7). 

Ruanda soyqırımı

1994-cü ildə Ruandadakı hutu hökuməti tutsiləri kütləvi qırğına məruz qoyub. Müxtəlif hesablamalara görə, iki ay ərzində təxminən 800.000-1.000.000 arası insan həlak olub, 250.000-500.000 qadın zorlanıb, ölənlərin 70%-ini tutsilər təşkil edib (8). 

“Ruanda dövlət başçısı Pol Kaqame Fransa və Belçikanı soyqırımının siyasi hazırlıqlarını təşkil etməkdə  günahlandırır. Soyqırımının qurbanları Fransa və Belçikada bu ölkələrin rəsmilərinə qarşı məhkəmələrə müraciət eiblər. Ruandadakı Katolik kilsəsi bu qurumun soyqırımında oynadığı rola görə ruandalılardan üzr istəyib. Fransalı zabitlər soyqırımını həyata keçirənlərə təlim keçməkdə və onlara silah tədarük etməkdə ittiham ediliblər. Fransa Ruanda Vətənpərvər Cəbhəsinin irəliləmisinin qarşısını alıb” - professor Qüdrət Bülbül “Ruanda soyqırımı” məqaləsində belə yazıb (9).

World Vise

Q,Bülbül həmçinin iddia edir ki, fransallı jurnalist Sent Ekzüperi hutuları silahlandırma göstərişinin o dövrdəki Fransa prezidenti Fransua Mitterranın mətbuat katibi Hubert Vedrinin yazılı göstərişilə verildiyini irəli sürüb (9).

F.Mitteranın “Le Figaro” qəzetinə 1998-ci ildə verdiyi müsahibədə “O ölkələrdə soyqırımının olması o qədər də əhəmmiyətli bir şey deyil” deyib; Fransanın keçmiş xarici işlər naziri Bernard Kuçnersə “France Radio”-ya müsahibəsində təlim  və silah yardımı məsələsini təsdiqləyib (10). 

Qətlə yetirilmiş 100 minlərlə faciə qurbanlarının xatirəsinə Ruandanın Kiqali şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib və hər il 7 aprel soyqırımı bu Kompleksdə anım günü kimi qeyd edilir.

1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ruandada soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham olunan yüksək çinli məmurları və hərbçiləri mühakimə etmək üçün  Beynəlxalq Cinayət Tribunalı qurub və 2006-cı ilin iyun ayına qədər məhkəmə cəmi 22 qərar çıxara bilib. Bu gedişlə təcridxanalardakı şəxslərin - coyqırımı törətdiyi iddia edilən təqribən 130.000 nəfərin mühakiməsinə 200 il lazım gələcəyini bildirən yeni Ruanda hökuməti 2001-ci ildə yerli Qakaka məhkəmələrinə rəsmi status verib (11). 

Sonrakı illərdə ölkə üzrə 12 mindən çox icma məhkəməsində1,2 milyon cinayət işinə baxılıb (12). 

2033-cü ildə 7 aprel BMT tərəfindən Ruanda Soyqırımının beynəlxalq anım günü kimi təsdiqlənib.

Rohinca soyqırımı

2016-cı ilin sonlarında 300 nəfər silahlı rohanca sərhəd postlarına hücum edib 9 hərbçini öldürəndən sonra Myanma silahlı qüvvələri Rakhayn ştatında yaşayan rohancalara – müsəlman azlığa qarşı kütləvi qırğın əməliyyatlarına başlayıb. 2017-ci ilin yayında konflikt yenidən alovlanıb. 

“Ontario” Beynəlxalq İnkişaf Agentliyinin (OIDA) məlumatına görə, həmin dövrdən etibarən Myanma ordusu tərəfindən 24.000 rohanca  öldürülüb, 18.000 qadın əsgər və polislər tərəfindən zorlanıb, 116.000 nəfər fiziki zorakılığa məruz qalıb, 36.000 nəfər odda yandırılıb, 115.000 ev yandırılıb, 113.000 ev yağmalanıb (13).

Uzunmüddətli və təkrarlanan repressiyalar nəticəsində Myanmada 2.4 milyon rohincadan yalnız 200.000 nəfəri qalıb (“Rohincaların məcburi miqrasiyası: təsvir olunmaz hadisələr”; M.Həbib, K.Cubb, S.Əhməd, M.Rəhman, A.Pallard) (14). 

Human Rights Watch

2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Myanmayla bağlı faktların toplanması üçün təsis etdiyi (2017) müstəqil beynəlxalq araşdırma missiyasının (IIFFMM) hesabatına əsasən bəyan edib ki, yüksək vəzifəli şəxslərin rohinca müsəlmanlarına qarşı soyqırımı ittihamıyla istintaqına və mühakimə olunmasına zəmanət vermək üçün kifayət qədər məlumat var (15). 

23 yanvar 2020-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı aktlarının  qarşısını almağa və əvvəlki dövrlərə aid dəlilləri qorumağa məsul edib (16).

1. https://archive.nytimes.com/www.nytimes.com/ref/timestopics/topics_armeniangenocide.html
2. https://catalogue.nla.gov.au/Record/7857480
3. http://arsiv.ntv.com.tr/news/57627.asp
4. https://www.bbc.com/turkce/haberler/2015/04/150424_ermeni_turk_tezleri
5. Şəfəq Ural, Kazım Yetiş, Feridun Mustafa Emecen, “Müxtəlif yönlərdən türk-erməni münasibətləri”
6. https://encyclopedia.ushmm.org/content/en/article/at-the-killing-centers
7. https://www.history.com/topics/world-war-ii/nuremberg-trials 
8. https://www.cmi.no/news/2178-rwanda-unfulfilled-justice
9. https://www.trt.net.tr/azerbaycan/h-ft-nin-analizi/2019/04/10/ruanda-soyqirimi-1179934https://www.trt.net.tr/azerbaycan/h-ft-nin-analizi/2019/04/10/ruanda-soyqirimi-1179934
10. https://www.chicagotribune.com/news/ct-xpm-1998-01-20-9801200166-story.html
11. https://en.wikipedia.org/wiki/Gacaca_court#Post-Genocide_Gacaca
12. https://www.un.org/en/preventgenocide/rwanda/about/bgjustice.shtml
13. https://www.thedailystar.net/rohingya-crisis/news/dutch-house-representatives-adopts-motion-probe-rohingya-genocide-1767124
14. https://www.ohchr.org/en/hrbodies/hrc/myanmarffm/pages/index.aspx
15. https://www.ohchr.org/en/hrbodies/hrc/myanmarffm/pages/index.aspx
16. https://www.theguardian.com/world/2020/jan/23/international-court-to-rule-on-rohingya-genocide-safeguards


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 
Sosial

Nazir: Pandemiya uşaqların təhsilinə ciddi zərər vurub

11 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq". Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. “Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- nazir açıqlamasında qeyd edib.  https://toplum.tv/sosial/pazerbaycan-mekteblerinde-telefon-qadagan-edile-bilerp Emin Əmrullayev çıxışında hazırkı təhsilin keyfiyyətindən də danışıb.  "Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik", - o qeyd edib.  O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik: "Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik....

Seçilmiş Videolar

Toplum TV loqo