Sosial

Əbu Bəkr məscidinin imamı- Məscid qapalı olsa da, buraya gələn sünni əhli artıb

Roza Məmmədova
29 İyul, 2022
219

Açıq mənbələrdən götürülüb

Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidi "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək.

Ötən il məsciddə başlamış təmir-bərpa işləri hələ yekunlaşmayıb.

2021-ci ildə məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyəti yanında "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC məscidin bərpası ilə əlaqədar yenidən tender elan edib.

Adıçəkilən məscid 1997-ci ildə inşa olunub və 2008-ci ilə qədər fəaliyyət göstərib.

2008-ci ildə məsciddə baş verən terror nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

 Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olub.

Azərbaycan polisi terror aktında İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunu günahlandırmışdı.

Məscidin imamı Qamət Süleymanov “Toplum TV” yə açıqlama verib.

O deyib ki, məscidin əvvəlki adı da Cümə məscidi olub. Şəhərdə bir neçə “Cümə” məscidinin olması, onların hər birinin alternativ ikinci adı olmasına gətirib çıxarıb. Ona görə camaat arasında məscidi Əbu Bəkr kimi tanınıb.

İmam məscidin uzun illər qapalı qalmasına da münasibət bildirib:

“Mənə elə gəlir ki, ilin sonuna qədər işləri yekunlaşdıracaqlar. Məscidin bağlı olmasına baxmayaraq, bura gələn sünni əhlinin sayı çoxalıb”.

İllər öncə “Azadlıq Radiosu”na müsahibə verən Q. Süleymanov məscidin bağlanmasının gənclər arasında mənfi meyllərin yaranmasına səbəb olacağını, onların daha da radikallaşacağını bildirmişdi. Həmin zamanlar imam ölkədəki etiqad zəminində ayrı-seçkilikdən də şikayətlənirdi. Deyirdi ki, digər dinlərin nümayəndələrinə qarşı münasibət daha yaxşıdır:

"Məsələn, Yahova şahidləri, yəhudilər rahatlıqla öz dəvətlərini edirlər, evlərə gedirlər, küçədə kitablar paylayırlar. Amma bunu bizlərdən birimiz etsək, dərhal polis tutub aparar, bizi təhqir edərlər, ola bilər, hətta 10-15 günlüyünə həbs də edərlər. Bu da radikallığın yayılmasına hardasa təsir göstərir. Biz hər kəsi səbirli olmağa çağırırıq. Onlara deyirik ki, belə şeylərə inanmayın, əsl müsəlman yəhudilərlə də, xristianlarla da dost olmalıdır. Lakin təminat yoxdur ki, bu cür sıxışdırmalar qeyri-müsəlmanlara qarşı radikallığa aparıb çıxartmasın”.

Q. Süleymanov bu gün verdiyi son açıqlama isə əvvəlki fikirlərindən fərqli olub. O bildirib ki, ölkədə dini ab-hava normaldır.

“Dövlət tərəfindən müəyyən tədbirlər görülüb. Xarici ölkələrdə vuruşan din başçılarının bəzilərinin döyüşlərdə həlak olması, yaxud da getməsi ölkədə olan dini qrupların üslublarını dəyişib. Bir növ zəifləyiblər”,- deyə o bildirib.

Sosial

Son altı ayda yol qəzalarında 58 nəfər ölüb 

Aytac Məmmədli
16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Son altı ayda yol-nəqliyyat hadisələrinin 63,8 faizini (146 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə, 58 nəfər həlak olub, 99 nəfər xəsarət alıb.     Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli "Toplum TV"-nin sorğusuna cavab olaraq bildirib.    Onun sözlərinə görə, hadisələrin 15-i piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.   https://toplum.tv/sosial/baki-yollarindaki-xaosdan-cixis-yolu-varmi-manatliq-taksi-lerle-bagli-qerar-verilecek   "Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri daha çox Fətəli Xan Xoyski,  Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və “8 Noyabr” prospektlərində qeydə alınıb. Piyadalar çox səhlənkarlıq edirlər. Bu isə yol infrastrukturunun düzgün qiymətləndirilməməsinin nəticəsidir", - R. Əhmədli qeyd edib. Rüstəm...
Sosial

Füzulidə sərhədi qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda sərhədi qanunsuz keçmək istəyən 10 Şri-Lanka vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.  Bildirilir ki, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DSX “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. https://toplum.tv/siyaset/dsx-generalindan-qazaxin-7-kendi-ile-bagli-aciqlama "Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə...

Seçilmiş Videolar

Toplum TV loqo