Sosial

Əbubəkr məscidinin fəaliyyəti bərpa olunur - “Dövlət bunda maraqlıdır”

7 Oktyabr, 2021
3516

ToplumTV

Uzun zamandır qapısı bağlı qalan Əbubəkr məscidində bərpa-gücləndirmə işləri aparılacaq. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tender də elan edib.

Məscidin fəaliyyəti 2008-ci il avqustun 17-də ora iki əl qumbarası atıldıqdan və hadisə zamanı 2 nəfər öldükdən, 18 nəfərsə ağır bədən xəsarəti aldıqdan sonra dayandırılmışdı.

Hadisə zamanı məscidə ziyan dəydiyi, minarələrin qəzalı vəziyyətə düşdüyü bildirilirdi.

“Əbubəkr” məscidi fəaliyyəti dövründə ibadət edənlərin sayının çoxluğuna görə seçilib, xüsusən də cümə günləri  ibadət edənlər yetərincə çox olduğundan bəzən onlar küçədə namaz qılırdılar və bu zaman yolda tıxac yaranırdı.

ToplumTV

Doğrudur, onun yaxınlığında yaşayan sakinlər danışır ki, məscidin fəaliyyəti dayandırılsa da, burada 2019-cu ilin fevralına qədər ibadətə qismən icazə verilib.

“Ondan sonra isə buna da imkan vermədilər. Ətrafda yaşayanlara, iş yerləri yaxın olanlara namaz qılmağa icazə verilirdi. Amma bura hamının üzünə açıq olmalıdır. İndi elə bir dövrdə yaşayırıq ki, xüsusilə gənclərin mənəvi saflaşmağa ehtiyacı var” – adının çəkilməsini istəməyən sakin söyləyir.

“Toplum TV” əməkdaşı Əbubəkr məscidində söküntü işlərinə başlanmasına şahid olub və sakinlərin dediyinə görə, təxminən 2 aydır proses davam edir. Onlar söküntü işləri başlamazdan öncə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun məscidə baxmağa gəldiyini də deyirlər.

Məscidin keçmiş imamı Qamət Süleymanova yaxınlığı ilə seçilən İlqar (ad şərtidir) deyir ki, Əbubəkr məscidi bələdiyyənin balansına keçəndən sonra  onların əhatə dairəsindən çıxıb: “Ondan sonra bizdə dəqiq məlumatlar yoxdur. Orda sökən kimdir, təmir edən hansı qurumdur, məsuliyyət daşıyanlar bizə bəlli deyil. Sadəcə, bizə o vaxt demişdilər ki, dövlətdən vəsait ayrıldıqdan sonra təmir işləri başlana bilər”.

O bildirir ki, məscid seysmik ərazidə yerləşdiyindən 10 metr dərinlikdə analizlər götürülüb və laboratoriyaya göndərilib: “Görünür, məscidi əsaslı restavrasiya etmək qərarına gəliblər”.

Hələ ötən ilin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, məscidin minarəsinin təməlində problem aşkarlanıb: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”.

Səyavuş Heydərov - Açıq mənbələrdən götürülüb

Məscidin imamı olmuş Qamət Süleymanov “Toplum Tv”-yə təmirin nəinki onu, ora ibadətə gələn vətəndaşların hamısını sevindirdiyindən danışıb: “Təmirin bitməsini gözləyirik. Bərpa əsaslı gedir, ona görə də bir ildən az, ya çox çəkəcək. Dövlət özü bu təmiri edir, yüksək səviyyədə olacaq və dəyişikliklər gözlənilir. Gözləyirik ki, yenidən istifadəyə verilsin və yenidən orada ibadət edilsin”.

Q.Süleymanovun sözlərinə görə, təmir işlərindən sonra kimin imam olması ilə bağlı heç bir məlumatı yoxdur.

“Məscidin icması var. Sadəcə, son zamanlar qanunlarda dəyişikliklər edilib. Əvvəllər icmanın tərkibi üçün 10-11 nəfər lazım idisə, indi bu sayı 50 nəfərə qədər artırıblar. Terror hadisələri baş verdiyi üçün biz bu prosesi çatdıra bilmədik. Ola bilsin ki, icmayla bağlı hansısa düzəlişlər ediləcək. Yenidən icmanın sədri kimi qalacağımı bilmirəm. Görək, hər halda o məscid bizim məsciddir. Necə məsləhətdi, elə də olsun”, - o bildirir.

Qamət Süleymanov - Açıq mənbələrdən götürülüb

İlqar isə məscidlə bağlı qərarı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verəcəyini ehtimal edir: “Kimin imam olmasına, məscidin hansı təriqətə “hədiyyə” edilməsinə onlar qərar verəcəklər. Mən gedişatdan belə görürəm ki, bu vəhdət məscidi olacaq. Heç şübhəsiz ki, dövlət bunda maraqlıdır. Hər necə olur-olsun, bizim üçün fərqi yoxdur. Əsas məscidin fəaliyyətidir. Kimisə məsciddə hansı təriqətdən olduğuna görə təhqir etmirik, təkcə “Allah hidayət etsin” deyə bilərik”.

“ToplumTV” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məscidin aqibəti ilə bağlı suallara cavab ala bilməyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevsə “siyasi suallar”a cavab vermədiyini deyib və qurumun mətbuat katibinə müraciət etməyi tövsiyə edib. İdarənin mətbuat katibi Rəhimə Dadaşova ölkə xaricində olduğunu bildirib və sualları cavabsız qoyub.

 

Fuad Nurullayev - Açıq mənbələrdən götürülüb

Bakının Nərimanov rayonunda yerləşən Əbubəkr məscidinin 1998-ci ildə Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edildiyi bildirilir və ölkədə sünnə təriqətinin ən böyük məscidi kimi təqdim olunur.

Əbubəkr fəaliyyət göstərdiyi dövrdə həmişə medianın diqqətində olub, məscid icması  radikal və vəhabi kimi təqdim edilsə də, icma tərəfindən bu iddialar rədd edilib.

Məscid icmasının üzvü İlqar ida eyni fikirdədir: “Onu deyənlər ünvanı səhv salmışdılar”.

 Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov “Toplum TV”-yə Azərbaycanda dini etiqad azadlığının konstitusiya ilə təmin oldunduğunu deyir.

Azər Badamov - Açıq mənbələrdən götürülüb

“Amma burada bir məsələ var ki, radikal mövqeli dini cərəyanların fəaliyyətinə icazə verilmir. Qanunla da bu qadağandır. Əgər vaxti ilə bu addım atılmışdısa, deməli radikal dini cərəyanların görüntüləri aşkar edilib. Amma müvafiq orqanlar məscidin fəaliyyətini məqsədəuyğun hesab edirlərsə, yəqin fəaliyyətlərinə yenidən başlayarlar”.

Deputat dini radikalizmin qarşısının alınmalı olduğunu, bunun cəmiyyət üçün böyük bir təhlükə sayıldığını söyləyir və əlavə edir ki, radikalizmdən uzaq dini etiqadların inkişafı sərbəstdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo