Sosial

Ekoaktivistlər “Azərduz”un məhsullarını boykot etməyə çağırır

26 Yanvar, 2021
2253

Toplum.TV

Binəqədi göllərindən Masazır gölünə axan kanalizasiya suyunun qarşısını kəsmək üçün ekoaktivistlərin qurduqları bənd yenidən dağıdılıb.
Məsuliyyəti bir-birinin üstünə atan dövlət qurumları problemi uzun müddət həll etmədiklərinə görə bəndi bir qrup ekoaktivist dekabrın 9-da öz şəxsi imkanları hesabına bərpa etmişdi.

Onların iddiasına görə, bənd “Azərduz”un kommersiya maraqları səbəbindən dağıdılıb.

Bənd bərpa edildikdən sonra

“Toplum TV” "Azərduz” zavodunun sahibi "Azərsun Holdinq”lə  dəfələrlə əlaqə saxlamağa çalışsa da,  qurumdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Təbiətsevərlər hazırda ikiqat narahatdırlar - həm vətəndaşların istifadə etdiyi duzun tərkibinə, həm də göl ekoloji terrora məruz qaldığına görə.

 Ekoaktivist C.Qara bildirir ki, Binəqədi göllərindən Masazır gölünə axıdılan su tərkibinə görə şirindir və duz gölünün hidroloji quruluşunu dəyişir: "Bu, gölə qarşı ekoloji terrordur”.

Relikt mənşəli Masazır gölü Xəzər dənizinin qalığı hesab olunur. Bir neçə il əvvələ qədər insanlar  müalicə məqsədilə - duzlu suya girmək və oradakı havayla nəfəs almaq üçün yay mövsümündə bura gəliblər. Ancaq gölün yaxınlığında "Azərduz” zavodu inşa edilfikdən sonra əraziyə giriş qadağan olunub.

Binəqədi gölü isə qrunt və kanalizasiya suları hesabına əmələ gəlib. Zamanla ərazidə qamışlıq da yaranıb, orda quşlar yaşayır, göldə isə balıqlar var. Hazırda Masazır gölünə axdığı üçün gölün suyu ciddi şəkildə azalıb.

Problemin həlində maraqlı olan bir qrup təbiətsevər  çıxış yolunu “Azərduz”un mallarını boykot etməkdə görür.

Daha ətraflı bu yazıda: Kanalizasiya suyu axıdılan göllər, çirkablı sudan duz çıxaran “Azərsun” və məsuliyyətini danan İcra Hakimiyyəti

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo