Sosial
Əl sənətkarı - FOTOLAR
2 Mart, 2020
Baxış: 1040
Günay Paşayeva miniatür ustasıdır. 

Onun ixtisası kimya müəllimliyidir. 
 

 
Miniatür incəsənətinə marağı isə uşaqlıqdan yaranıb. 
 
  
Miniatür sənətkarın sözlərinə görə, əvvəllər satışda belə bir əl işləri olmadığı üçün özü hazırlamaq qərarına gəlib.
 
 
"Hələ uşaq ikən plastilinlə oynamağı çox sevirdim. Əvvəlki işlərim kartondan olub. Qədim qəsrlərdən xoşum gəlirdi və onların maketini hazırlayaraq bu işdən zövq alırdım. Çünki əvvəl elə suvenirlər satışda yox idi.  Ona görə qərara gəldim ki, özüm düzəldim. Hər dəfə işlərimi hazırladıqca demək olar ki, daha da mükəmməlləşirdi”.
 
 
Onun sözlərinə görə, hazırda miniatürlər dünyada məşhurdur, lakin Azərbaycanda bu sənətə tələbat azdır:
 
 
 
"Əl qabiliyyətim anamdan mənə keçib. Anam miniatür əşyalarla maraqlanmasa da , heykəltaraşlıq və rəssamlıqla məşğul olurdu.  Qeyd edim ki, düzəltdiyim miniatürlər birin on ikiyə miqyasındadır. Bu ölçüdə olan miniatürlər hazırda dünyada çox populyardır. Daha çox vaxt və səbr tələb etdiyindən belə əşyalar çox da bahalı olur. Təəssüf ki, buna Azərbaycanda tələbat yoxdur. Düzdür, görənlər maraqlanır, soruşurlar, amma sifarişlər az olur. Belə bir əl işlərini yalnız internet vasitəsilə satmaq olur. Qiyməti isə müxtəlifdir, konsepsiyanın neçə elementdən ibarət olmasından asılı olaraq dəyişir”.
 
 
Günay Paşayeva əl işlərini polimer gildən istifadə edərək hazırlayır.
 
 

"Son 7 ildir ki, əl işlərimdə polimer gildən istifadə edirəm. İnternetdə gördüyüm bir fransız miniatüristin əl işlərindən təsirlənib polimer gilin istifadəsinə başladım. 
 
 
 
 

Fransız sənətkarın mövzusu yeməklər idi. Mən də yemək və şirniyyat bişirməyi çox sevdiyimdən diqqətimi çəkmişdi. Sonradan özüm də bu miniatürləri düzəltmək istədim. Çox zaman əl işlərimi fantaziyam ilə, bəzən isə reallıqda hansısa əşyanı görüb hazırlayıram. Hansısa yemək, ya da çay süfrəsindən ilhamlanaraq işə başlayıram. Yutubda "Master-klas” videolarına baxaraq özümü inkişaf etdirirəm”, - deyə miniaturist Günay Paşayevə qeyd edib.
 
 
 
 

Azərbaycanda tez-tez bu ifadəyə rast gəlmək olur: "El sənətkarı”. 
 
 
 

Günay Paşayevanı isə "Əl sənətkarı” hesab etmək olar, çünki o, əllərinin gücünə inanır...
  
 
 
 

 
Zərifə Novruz
Sosial

Koronavirus statistikası: Azərbaycan 

23 Yanvar 2021
Azərbaycanda koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan yanvarın 23-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək 228 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, 3072 nəfər vəfat edib. Aktiv xəstə sayı 5892 nəfərdir. Ötən müddət ərzində 2 milyon 354 min 473 test aparılıb. Bugünkü test sayı isə 6522-dir.
Sosial

Azad Rəhimovun vəziyyəti ağırdır?

23 Yanvar 2021
Gənclər və idman naziri Azad Rəhimov Nyu-York klinikalarından birinə yerləşdirilib, vəziyyəti ağırdır. Təsdiqlənməmiş məlumatlara görə, nazir koronavirusa yoluxandan sonra kəskinləşmiş onkoloji xəstəlikdən əziyyət çəkir. Gənclər və İdman Nazirliyi bu məlumatları şərh etmir. Nazirin ABŞ-a nə vaxt və hansı məqsədlə getdiyi də məlum deyil. Azad Rəhimovun adı tez-tez böyük korrupsiya qalmaqallarında keçib və o, beynəlxalq yarışların, tədbirlərin həyata keçirilməsi və obyektlərin tikintisi zamanı on milyonlarla dolların mənimsənilməsi və oğurlanması haqda jurnalist təhqiqatının obyektinə çevrilib. Onun dövründə idmandakı bir çox nailiyyətlər gənc milli kadrların hazırlanması hesabına yox, legionerlərin hesabına əldə edilib. A.Rəhimov həmçinin idman federasiyalarının, o cümlədən Alpinizm Federasiyasının işinə kobud müdaxilə...
Seçilmiş Videolar