Sosial

Əli Əliyevə yeni cəza – reaksiyalar 

23 İyun, 2022
744

Açıq mənbələrdən götürülüb

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev son bir ildə ikinci dəfədir ki, şərəf və ləyaqətin təhqiri maddəsilə həbs cəzası alır. Siyasi partiyaların nümayəndələri olayı pisləyiblər, amma deməyə sözləri çox olmayıb.

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayətləri əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub. Sonra isə ona Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun şikayəti üzrə 148-ci (təhqir) maddə ilə daha bir ittiham irəli sürülüb.

İyunun 23-də Yasamal rayon məhkəməsi yeni ittiham üzrə ona 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Yeni cəza əvvəlki ilə birləşdirilib və ona bir il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Vəkil Cavad Cavadov hökmlərin birləşdirilməsi zamanı haqsızlığa uğradığını deyir, eləcə də Əli Əliyevə qarşı irəli sürülən ittihamlar 8 noyabr amnistiyasının təsiri altına düşdüyü halda ona amnistiyanın tətbiq olunmamasını qanunsuz hesab edir.

VİP - Piketlərin keçirilməsi planlaşdırılır

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Dilguşə Gülümcan Toplum TV-yə açıqlamasında bildirib ki, məhkəmə qərarından dərhal sonra partiya piketlərin keçirilməsi üçün icra strukturlarına yazılı bildiriş göndərib, partiya rəsmiləri beynəlxalq strukturlarla təmasları da davam etdirir.

Dilguşə Gülümcan onu da bildirib ki, iyunun 22-də Ali Məhkəmə Əli Əliyevin birinci həbs qərarı ilə bağlı kassasiya şikayətinə baxıb və təmin etməyib. Sədr müavininin sözlərinə görə, Ali Məhkəmədəki iclasdan nə Əliyevin ailəsi, nə özünün xəbəri olub.

Bu qərar ifadə azadlığına qarşı repressiyadır

Əli Əliyevin həbs müddətinin uzadılması ilə bağlı qərarı siyasi partiya nümayəndələri də pisləyib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirir ki, Müsavat Partiyası Əli Əliyevin haqqındaklı yeni məhkəmə qərarını şiddətlə pisləyir və onu siyasi motivli, ifadə azadlığına qarşı yönəlmiş qərar hesab edir.

“Azərbaycan Xalq Cəbhəsi Partiyası məhkəmə qərarını ifadə azadlığına qarşı repressiya hesab edir” – Bunu AXCP sədr müavini Seymur Həzi deyir. Onun sözlərinə görə, Əli Əliyevə qarşı qərarı məhz bu kontekstdən pisləyirlər.

Ümid partiyasının sədri İqbal Ağazadə də qərarı pislədiyini qeyd edir: “Pisləyirəm. Elə bu qədər”

Beynəlxalq qurumlar və Avropa Şurası Azərbaycandan böhtana görə cinayət məsuliyəti ehtiva edən maddələri ləğv etməyə çağırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo