Sosial
Əli Həsənovun ailə üzvlərinə məxsus 6 şirkət ləğv edildi
13 Yanvar, 2021
Baxış: 67
Yanvarın 13-də Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ailəsinə məxsus olduğu deyilən 6 şirkətinin könüllü ləğv edildiyi elan edilib.

Bu barədə Dövlət Vergi Xidmətinin "Vergiler” onlayn qəzetində elan verilib.

Elanda ləğv edilən şirkətlərin siyahısı da dərc edilib.

Şirkətlərin adları "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər və "Kaspi Co” MTK-dır.
 

FOTOModern.az

Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov isə "Toplum TV”yə bildirib ki, hüquqi şəxslər, şirkətlər könüllü ləğv oluna bilər. 

Komissiya isə bunu, sadəcə, elan edir: "Şirkət ləğv olunacaqsa, əvvəlcədən bu haqda elan verir, həmin elanlar da vergilər.az saytında dərc olunur. Şirkətlətin nə üçün bağlanması isə bizə məlum olmur”. 

Elanda həmçinin qeyd olunub ki, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər. 
 
Əli Həsənov 14 il Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri (2005-2019) vəzifəsində çalışıb. 

Media sahəsi 22 il Həsənovun nəzarətində olub. 
 
Onun nəzarətində olan sahədə xanımı və oğlu çalışır. 

Sona Vəliyeva Əli Həsənovun həyat yoldaşdır, "Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü, təhsil, universitetə hazırlıq kursları, liseyləri idarə edir. Şamxal Həsənli isə onun oğludur. Biznes sahələri ilə yanaşı Araz radiosuna nəzarət edir, teleseriallar çəkir. 

Araşdırmaçı jurnalist Xədicə İsmayıl 2014-cü ildə Əli Həsənovun ailə üzvlərinin nəzarətində olan biznes qurumlarının siyahısını çıxarmışdı. 

Jurnalist Araz Teleradio MMC, Golden Prince MMC, Kaspi Education MMC, Kaspi Global MMC, Kaspi Tibb Mərkəzi (Xətai estetik klinikası və aptek daxildir) "Mətbuat Evi” MMC, Kaspi – EC, Kaspi Co mənzil tikinti kooperativi, Kaspi-Az , Beynəlxalq Mətbuat Mərkəzi "Kaspi Mətbuat Yayımı” MMC , "Kaspi" qəzetinin  Ə.Həsənovun ailəsinə məxsus olduğunu bildirmişdi.

Aytac Məmmədli
Sosial

Laçın dağlarında qulluq edən hərbçilər maaşlarının azaldılmasına etiraz edirlər

Roza Məmmədova
22 Yanvar 2021
"Cənab Ali Baş komandan, ordunun zabit, gizir, MAXE-ləri adından sizdən xahişim var. Laçında qulluq etdiyimiz halda, maaşlarımız tək qata salınıb. Bu şəraitdə bir qat maaşla xidmət etmək düzgün deyil”. Özünü təqdim etməyən hərbçinin sosial şəbəkədə yayılmış videomüraciətində belə deyilir. 2020-ci il dekabrın 24-də prezident hərbi xərclərin artırılması təşəbbüsü ilə çıxış etmişdi: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq". 2021-ci ilin dövlət...
Sosial

Koronavirus statistikası: Azərbaycan

22 Yanvar 2021
Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Bu barədə yanvarın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 11 nəfər isə koronavirusdan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.
Seçilmiş Videolar