Əliməmməd Nuriyev: “Qazilər və şəhid qohumları əfv edilə bilər”
Sputnik.az
Prezident yanında Əfv Məsələləri Komissiyası yaxın vaxtlarda tam tərkibdə toplaşacaq. Bu haqda parlamentin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc qurumun yanvarın 19-da keçirilən iclasında belə deyib.
Komissiyanın toplantısından nə kimi gözləntilər var?
“Toplum TV“ bununla bağlı siyasətçilərin və hüquq müdafiəçilərinin rəyini öyrənib.
“Mənim düşüncəmə görə, gözlənilən əfvin ən böyük xüsusiyyətlərindən biri Vətən Müharibəsindəki qələbə münasibəti ilə olmasıdır. Buna görə pozitiv təsir edəcək xüsusiyyətlər kimi şəxsin qazi olması, ən yaxın qohumlarından kiminsə şəhid olması kimi amillər də nəzərə alına bilər” - komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev belə deyir.
Onun sözlərinə görə, hər kəsin müraciətinə konkret kriteriyalara uyğun olaraq baxılır və ayrıseçkiliyə yol verilmir, bu zaman şəxsin ictimai-siyasi həyatda fəallığı, səhhəti, ailə vəziyyəti, cəzaçəkmə müəssisəsində davranışı, dövlətin milli maraqları kimi nüanslar nəzərə alınaraq balanslı qərar qəbul olunur.
Əliməmməd Nuriyev 2019-cu ilin mart ayındakı əfv sərəncamıyla azad olunan 431 nəfərdən təxminən 60-nın adının ictimai-siyasi müzakirələrdə keçdiyini, məhbusun ictimai-siyasi fəal olub-olmamasına fərq qoyulmadığını qeyd edir.
Bununla belə, Ə.Nuriyev xatırladır ki, Əfv Məsələləri Komissiyası yardımçı təsisatdır, bütövlükdə əfv hüququ prezidentin müstəsna səlahiyyətidir: “Komissiya yalnız müraciətlərlə bağlı rəyini prezidentə təqdim edir. Kimlərin əfv olunmasını əvvəlcədən planlaşdırmaq mümkün deyil”.
“Əvvəllər əfv sərəncamı Novruz bayramı ərəfəsində imzalanıb və bu ilin martında da bunu gözləmək olar” - Bakı İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov belə deyir.
Rəsul Cəfərov
FOTO: Sosial media
Onun sözlərinə görə, ötən ilin aprelində 65 yaşdan yuxarı şəxslərə şamil edilmiş əfv nəzərə alınmazsa, artıq 2 ilə yaxındır ki, Azərbaycanda əfv sərəncamı imzalanmır:
“Doğrudur, yekun qərarı prezident verir. Amma komissiya da müraciətlərin tam, hərtərəfli və obyektiv qaydada araşdırılmasını və əfvə uyğun gələn məhbus adlarının prezidentinə təqdim olunmasını təmin etməlidir. Komissiya bu yaxınlarda açıqlama vermişdi ki, çox sayda müraciət toplanılıb. Biz müraciətlərə əsaslı şəkildə baxılacağına, əfvi mümkün şəxslərin adlarının prezidentə təqdim olunacağına, sərəncamın daha çox məhbusu əhatə edəcəyinə ümid edirik. Ömürlük həbs olunanların məsələsi də nəzərə alına bilər”.
44 günlük müharibə ilə bağlı Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətini xatırladan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi bildirir ki, ölkə adıçəkilən qurumun bəzi qərarlarını icra etməyib.
Seymur Həzi
FOTO: Sosial media
“Eyni zamanda, Avropa Konvensiyasının da bütün tələblərinə əməl olunmalıdır. Bunlardan biri insanların siyasi mövqeyinə, düşüncəsinə, dini əqidəsinə görə həbs olunmamasıdır. Azərbaycan hökuməti siyasi əqidəyə görə insanların həbsinə son qoymalıdır. Çünki biz başqa dövrə qədəm qoyuruq və dünya ilə sıx əlaqədə olmalıyıq. Hazırda AXCP-nin 10-a yaxın üzvü həbsdədir. Qarabağ mitinqinə görə saxlanılan və məhkəmə istintaqı davam edən 14 partiya üzvü var. Əfv komissiyası toplaşırsa, Azərbaycanın bu tənqidlərdən birdəfəlik qurtulması üçün ətraflı götür-qoy etməlidir”.
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı 2020-ci ilin sonunda onların da əfvlə bağlı təklif və çağırışlar etdiklərini yada salır. Onun fikrincə, bu gün ölkədə daha çox insanı əhatə edən, sifarişsiz hazırlanmış amnistiya aktına ehtiyac var:
“Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik həll olunmalıdır. Ümid edirəm ki, hakimiyyət nəhayət ki, qərar verə biləcək. Belə olacaqsa, biz də alqışlayacağıq”.
Səxavət Soltanlı
FOTO: Qafqazinfo.az
Ağ Partiyanın sədri Tural Abbaslı da əfv sərəncamının daha geniş kütlələri əhatə etməsini istəyir:
“Niyə 300-500 məhbusun əfv olunması ilə kifayətlənək? Əfvlər nə qədər tez-tez təkrarlanarsa, nə qədər çox insanı əhatə edərsə, bir o qədər yaxşı olar. Könül istərdi ki, qadın həbsxanalarındakı məhbusların 90 faizi əfvə düşsün. Jurnalistlərin və siyasi məhbusların da adları əfv siyahısına salınsa, çox gözəl olar”.
Tural Abbaslı
FOTO: Sosial media
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür